Icma.az
close
up
RU
Ankaradan Bakıya kritik zəng Sərhədlə bağlı təxribat planı son anda pozuldu

Ankaradan Bakıya kritik zəng Sərhədlə bağlı təxribat planı son anda pozuldu

Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ermənistanda səfərdə olan Makron quru sərhəddən Türkiyəyə keçmək istəsə də, Ankara Bakı ilə danışıqlardan sonra buna icazə verməyib. Məlumata görə, səfər əvvəlcə Türkiyənin ayrı-ayrı nümayəndələri ilə razılaşdırılıb, lakin məsələ Ərdoğanın masasına gəldikdə o, Azərbaycanla müzakirələrdən sonra Makronun quru sərhədini keçməsinə razı olmayıb.

Makronun sərhədi keçmək istəyinin arxasında həm İrəvanın, həm Parisin siyasi hədəfləri var.

İrəvan Türkiyə ilə sərhədin açılmasında Azərbaycanın rolunun arxa plana keçməsinə çalışır. Paşinyan da daxil olmaqla Ermənistan rəsmiləri dəfələrlə Ankara-İrəvan xəttindəki normallaşma prosesində “üçüncü tərəfin” (söhbət Bakıdan gedir) iştirakına qarşı çıxıb, sərhədin açılmasına ikitərəfli münasibətlər kontekstində nail olmağa çalışıblar. Lakin Ankara Bakının maraqları fonunda bundan imtina edib, hətta Türkiyə və Ermənistanın “üçüncü şəxslərin sərhəddən keçidi” ilə bağlı razılaşması da praktiki olaraq işləmir. Bu kontekstdə Makronun sərhədi keçmək istəyi düşünülmüş plan idi.

– Ermənistan bununla “üçüncü şəxslərin sərhəddən keçidi” razılaşmasında,

– Bakı-Ankara xəttində müəyyən narazılıq yaratmaq və Azərbaycanı Türkiyə-Ermənistan danışıqlarından kənarlaşdırmaqda,

– Türkiyə ilə sərhədin açılması prosesində Bakının şərtlərinin yerinə yetirilməsi prioritetini dəyişdirməkdə praktiki nəticə əldə edə bilərdi;

– Və sərhədi Fransa prezidentinin keçməsi İrəvan üçün əsaslı presedent yaradacaqdı;

Paris Türkiyə ilə quru sərhədini adlamaqla təkcə Ermənistanın önünü açmır, həmçinin, Ankara-İrəvan danışıqlarında təsiredici oyunçu səviyyəsinə yüksələ bilərdi. Bu, Fransanın Azərbaycan–Ermənistan danışıqlarına təsir imkanlarını, ümumilikdə Cənubi Qafqazdakı rolunu gücləndirə biləcək amil idi. Makron Ermənistandan quru yolla Türkiyəyə getməklə Cənubi Qafqazın yenidən qurulan siyasi münasibətlər arxitekturasında “təminatçı”ya çevrilmək istəyirdi, lakin Ərdoğanla Əliyev buna imkan vermədi.

Asif Nərimanlı
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 07 May 2026 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see331

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see312

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see304

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see293

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see291

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see286

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see283

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see282

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see257

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see238

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see237

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see236

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see232

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see231

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see225

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see222

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see221

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see220

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri