Icma.az
close
up
RU
Ankaranın adı çəkildi, razılıq Bakıya verildi: Ordumuz HƏMAS a qarşı vuruşacaq?

Ankaranın adı çəkildi, razılıq Bakıya verildi: Ordumuz HƏMAS a qarşı vuruşacaq?

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

BMT Təhlükəsizlik Şurası Qəzzada Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin (ISF) yerləşdirilməsi ilə bağlı ABŞ-ın qətnaməsini qəbul edib. Təhlükəsizlik Şurasında qətnamənin leyhinə 13 səs verilib, iki üzv bitərəf qalıb. Qətnamənin əleyhinə səs verən olmayıb.

Ümumilikdə, BMT Təhlükəsizlik Şurasının Qəzzada Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin yerləşdirilməsi ilə bağlı qətnaməni qəbul etməsi region üçün müsbət hadisədir. Qətnamənin bu qədər yüksək dəstəklə qəbul olunması göstərir ki, böyük dövlətlər Qəzza böhranının öz axarına buraxılmasının artıq mümkün olmadığını qəbul edir və beynəlxalq nəzarətdə keçid dövrünə razılaşırlar. Kağız üzərində baxdıqda, bu qətnamənin sabitlik üçün real təkan yaratması mümkündür. Çünki beynəlxalq mandatın olması həm humanitar yardımın təhlükəsizliyini, həm idarəetmə mexanizminin qurulmasını, həm də İsrailin hərbi aktivliyinin mərhələli şəkildə dəyişdirilməsini tənzimləyə bilər.

Aydın məsələdir ki, bu cür missiyaların effektivliyi yalnız diplomatik razılıqla ölçülmür. Qətnamənin uğuru bölgədəki aktorların reaksiyasından da asılı olacaq. Məsələn, İsrail təhlükəsizlik zəmanətlərinin reallığına inanmadan tam geri çəkilməyə razılıq verməz. Eyni zamanda əraziyə göndəriləcək beynəlxalq sülhməramlı qüvvələrin (ISF) hansı ölkələrdən ibarət olması da çox mühüm amildir.

Məsələn, missiyaya əsasən müsəlman, regionla əlaqələri olan və ABŞ-ın koordinatorluğu ilə danışıqlara qatılan ölkələrin daxil olması gözlənilir. İndoneziya, Azərbaycan və Pakistanın adı bir müddətdir ki, xüsusilə çəkilir. Bu üçlük siyasi baxımdan tərəflər arasında neytral mövqedə durur. Fransa kimi Qərb ölkələrinin isə daha kiçik, daha çox texniki təhlükəsizlik və koordinasiya heyəti göndərməsi ehtimal edilir.

Bəzi regional güclər – Türkiyə, BƏƏ və Qətərin danışıqlarda adları keçsə də, müxtəlif siyasi səbəblərə görə onlarla bağlı ya tərəddüd edilir, ya da iştirakları etirazla qarşılanır. Buna görə də ISF-in formalaşması ehtimal ki, “böyük qrup” deyil, məhdud sayda, daha çox əməliyyat baxımından uyumlu ölkələrdən ibarət olacaq. Yəni ümumiləşdirsək, əsas yükü müsəlman ölkələri daşıyacaq, Qərb isə logistika, koordinasiya və mandatın icrası üçün çərçivə dəstəyi verəcək.

Qəzza ilə bağlı prosesdə Azərbaycanın mövqeyi

Lakin bu da məsələnin tam bitdiyi mənasına gəlmir. Belə ki, Azərbaycanın adı hər nə qədər Qəzzaya əsgər göndərəcək ölkələr sırasında çəkilsə də, Bakı bu məsələ ilə bağlı hələ rəsmi açıqlama verməyib. “İsrail Hayom” qəzeti məlumat yayıb ki, bir neçə həftə əvvəl Qəzzada Beynəlxalq Sabitlik Qüvvəsinə qoşulmağı nəzərdən keçirən Azərbaycan, Qəzzada əsgərlərinin həyatını təhlükəyə atmayacağını bildirib. “Azərbaycan rəsmiləri yalnız bərpa prosesləri və sakitliyin qorunması mərhələsində iştirak barədə müzakirə aparırlar, lakin hazırda tələb olunan HƏMAS-ın tərksilahı və zolağın demilitarizasiyası mərhələsinə qoşulmaq istəmirlər”, – məlumatda vurğulanıb.

Rəsmi məlumat olmasa da, Bakının hazırkı mərhələdə ağır hərbi əməliyyatlara və ya HƏMAS-ın tərksilahı kimi yüksək riskli tapşırıqlara qoşulmaq istəməməsi həm açıqdır, həm də başadüşüləndir. Daha dəqiq desək, rəsmi Bakı bunun əvəzində sabitlik mərhələsi, humanitar təhlükəsizlik və bərpa proseslərində iştirak imkanını açıq saxlayır. Bu yanaşma həm Azərbaycanın təhlükəsizlik prioritetlərinə, həm siyasi balansına, həm də regiondakı mövqelərinə uyğundur.

Azərbaycanın bu kimi məsələyə yanaşması adətən iki paralel məntiqə söykənir:

Birincisi, ölkəmiz heç vaxt öz hərbi personalını yüksək riskli, müxtəlif qrupların silahlı müqavimət göstərə biləcəyi zonaya daxil etməyə tələsmir. Düzdür, Azərbaycan sülhməramlı missiyalarda iştirak təcrübəsinə malikdir, (Kosovo, Əfqanıstan, Cənubi Sudan və s.) lakin bu missiyaların hamısında mandat tam formalaşmış və əməliyyat mühiti nisbətən stabil olmuşdu. Qəzza isə hələ də tam demilitarizasiya aparılmayıb, silahlı qruplar mövcuddur və mandatın özünün icrası da xüsusi risklər yaradır. Buna görə Bakı “bərpa mərhələsi”ndə iştirak ideyasını daha təhlükəsiz və daha real hesab edir.

İkincisi, Azərbaycanın İsrail–Fələstin kimi məsələlərdə özünəməxsus balans siyasəti var. Məsələn, İsraillə strateji tərəfdaşlıq açıq faktordur, amma eyni zamanda Azərbaycan müsəlman bir ölkə olaraq ərəb dünyası və İslam əməkdaşlıq çərçivələrində də münasibətlərini qorumağa çalışır. Buna görə hərbi kontingenti birbaşa HƏMAS-a qarşı hərəkət edən beynəlxalq qüvvəyə daxil etmək Bakını siyasi baxımdan çətin situasiyaya sala bilər. Humanitar–bərpa mərhələsi isə həm siyasi, həm də reputasiya baxımından daha uyğun çərçivədir.

Məsələyə İsrail prizmasından baxdıqda, Təl-əvivin Azərbaycanın sülhməramlı qüvvələrinin bölgədə yerləşməsini dəstəklədiyini görmək olar. Əslində, bu da təəccüblü deyil. İsrail üçün Azərbaycan təcrübəli, intizamlı və müttəfiq hesab edilən tərəfdaşdır. Bakı isə öz növbəsində İslam dünyasında neytral mövqeyi ilə seçilən bir aktordur. Bu da bölgəyə hərbi qüvvə göndərən zaman mümkün etirazları yumşalda bilər. Yəni İsrail üçün Azərbaycanın iştirakı həm əməliyyat baxımından faydalı, həm də diplomatik baxımdan əlverişlidir.

Subyektiv görüşüm isə belədir ki, Azərbaycan Qəzza ilə bağlı prosesə qoşulmaq üçün qapını tam bağlamayıb, amma hansı mərhələdə və nə kimi funksiyalarla qoşulacağını diqqətlə seçəcək. Yüksək riskli hərbi əməliyyatların bir hissəsi olmaq istəmədiyimiz dəqiqdir. Bərpa mərhələsində iştirak etmək Azərbaycanın beynəlxalq imicinə də, strateji maraqlarına da uyğun ola bilər. Bununla belə gələcək aylarda təhlükəsizlik vəziyyəti dəyişər və ISF-in mandatı daha aydın şəkildə oturarsa, o zaman Bakının rolu barədə daha konkret addımlar gözlənilə bilər.


Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:117
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 25 Noyabr 2025 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see216

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see195

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see187

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see180

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see165

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see163

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see163

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see152

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see143

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see140

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see129

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see126

Tramp Rza Pəhləvi ilə mümkün görüşdən danışdı

08 Yanvar 2026 23:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri