Icma.az
close
up
RU
Ankaraya qarşı hücum qərarı: Türkiyə ilə bağlı xoşagəlməz proses başladı

Ankaraya qarşı hücum qərarı: Türkiyə ilə bağlı xoşagəlməz proses başladı

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

ABŞ Prezidenti Donald Trampın Yaxın Şərqə səfəri və regionun üç ölkəsi ilə imzaladığı 12 trilyon dollarlıq razılaşma Türkiyə mətbuatında narahatlıqla qarşılanıb. Bu səfərin ABŞ-ın Yaxın Şərqdə liderliyi ələ almaq cəhdi olduğu və Türkiyənin regiondakı nüfuzuna zərbə vuracağı, təsir imkanlarını məhdudlaşdıracağı iddia edilir. Artıq üç ərəb ölkəsinin amerikan hərbi şirkətləri ilə razılaşma əldə etdiyi də vurğulanır. Həmçinin Ankaranın bir çox iqtisadi fürsətləri qaçıracağı bildirilir.

Yaxın Şərqdə vəziyyət Ağ Evin lehinə dəyişir? Ankaranın bölgədəki rolu bundan sonra necə olacaq?

Globalinfo.az-a danışan politoloq Elşən Mustafayev deyib ki, ABŞ və digər dünya gücləri hər zaman Türkiyəni Yaxın Şərqdən və Ərəbistan yarımadasından uzaq tutmağa çalışıblar:

“Vaxtilə Osmanlı İmperiyasının torpaqları olmuş bu ərazilərdə Türkiyə nüfuzunun yüksəlməsi ehtimalını qəbul edə bilmirlər. Çünki imperiyaların xüsusiyyətlərindən biri ondan ibarətdir ki, koloniyalarında və ya himayəsində olan dövlətlər müstəqillik əldə etdikdən sonra onları müxtəlif yollarla təsir altında saxlamağa çalışırlar.

Məsələn, Britaniya İmperiyası bu cür dövlətləri Millətlər Birliyi çətiri altında yenə də təsirində saxlayır, SSRİ dağılandan sonra Rusiya MDB vasitəsilə buna uğursuz şəkildə cəhd edir, Fransa isə Afrikada bunu başqa yollarla həyata keçirməyə çalışır və s.

Elşən Mustafayev

Türkiyə tərəfindən belə bir addımın atılması perspektivi isə ümumiyyətlə qəbul olunmur. Bölgənin imkanlı ərəb dövlətlərinin (Qətəri çıxmaq şərtilə) demək olar ki, əksəriyyəti zaman-zaman Türkiyə əleyhinə kampaniyalarda iştirak ediblər. Onlarda olan əsas qorxu isə əhalisi arasında Türkiyəyə olan sevginin get-gedə artmasıdır.

Donald Trampın birinci prezidentlik dövründə Səudiyyə Ərəbistanı ilə ilkin mərhələdə 350 milyard dollarlıq silah ticarəti həyata keçirilmiş, bu çərçivədə hava hücumundan müdafiə sistemləri, F-35-lər və digər yeni nəsil silahlar verilmişdi. Hazırda bu siyasət daha geniş miqyasda davam etdirilir və ərəb ölkələri bu sahəyə böyük maraq göstərirlər.

Buna baxmayaraq, həmin ölkələrin əhalisi arasında Türkiyəyə rəğbət artmaqda davam edir və bəzi dairələri narahat edən əsas məqam da məhz budur. Türkiyə isə bu sahədə paralel olaraq öz işini görür və Yaxın Şərq siyasətinin formalaşması istiqamətində aktiv fəaliyyət göstərir.

Böyük ehtimalla yaxın gələcəkdə İsrail–Türkiyə münasibətləri də normallaşacaq və ABŞ bu regionda Türkiyə ilə birgə işləməyə məcbur qalacaq”.

Safura Bənnayeva
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:81
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 22 May 2025 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see764

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see230

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see173

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see171

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see159

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see158

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see155

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see154

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see146

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see145

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see144

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see143

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see140

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see139

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see139

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see137

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see134

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri