Icma.az
close
up
RU
Vanqanın 2026 cı il üçün proqnozları: UFO, süni orqan, zəlzələ...

Vanqanın 2026 cı il üçün proqnozları: UFO, süni orqan, zəlzələ...

Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Balkanların Nostradamusu" kimi tanınan məşhur kahin Vanqa ölümündən illər keçməsinə baxmayaraq hələ də adı çəkilir. Xüsusilə 2026-cı ilə dair ona aid edilən iddialar, həm fövqəladə hadisələr, həm də insanlıq üçün dönüş nöqtələri ehtiva etdiyi üçün böyük maraq doğurur. Proqnozlara görə 2026-cı il dünya xaricindən ilk təmasdan tutmuş təbii fəlakətlərə, siyasi gərginliklərə və texnoloji sıçrayışlara qədər çoxsaylı sarsıdıcı hadisələrlə yadda qala bilər.

Milli.Az xəbər verir ki, Vanqaya aid edilən ən çox diqqət çəkən iddialardan biri insanlığın 2026-cı ildə ilk dəfə başqa bir mədəniyyətlə qarşılaşacağıdır. İddiaya görə, noyabr ayında nəhəng bir kosmik obyekt Yer atmosferinə daxil olacaq və bu hadisə insanlıq tarixində yeni bir dövrün başlanğıcı olacaq. Bu fikri müdafiə edənlər 2025-ci ildə Yerə yaxın keçən 3I/ATLAS adlı ulduzlararası cismi və artan UFO hesabatlarını mümkün işarələr kimi göstərirlər.

Kahin 2026-cı il üçün ciddi təbii hadisələrdən də xəbər verir. İddialara əsasən, bu dövrdə güclü zəlzələlər, vulkan püskürmələri və ekstremal hava hadisələri dünya üzrə daha da artacaq. Proqnozlara görə Yer səthinin təxminən 8%-i bu fəlakətlərdən əhəmiyyətli şəkildə zərər görə bilər. Avropada qırılan istilik rekordları, Kanada və Avstraliyadakı meşə yanğınları və Asiyada baş verən güclü zəlzələlər bu iddialara "misal" kimi göstərilir.

Vanqanın iddiaları təbii hadisələrlə məhdudlaşmır. Onun proqnozlarında 2026-cı ilin beynəlxalq siyasətdə gərginliyin kəskin artacağı bir dövr olacağı deyilir. Qərb-Şərq xəttində yaşanacaq gərginliklərin genişmiqyaslı qarşıdurmalara çevrilə biləcəyi ehtimal olunur. Vanqaya aid edilən "insanlığın çöküşünün 2025 ətrafında başlayacağı" fikri də bu ssenarilərlə əlaqələndirilir. Bununla belə, bəzi mənbələrə görə dünyanın sonu 5079-cu ildən əvvəl gözlənilmir.

Kahin 2026-cı ildə texnologiya sahəsində böyük dəyişikliklərin baş verəcəyini də qeyd edir. İddialara görə bu ildən etibarən süni intellekt qlobal miqyasda əsas güclərdən birinə çevriləcək və yeni innovasiya dövrünü başlatacaq. Lakin bu inkişafın iş yerlərinin avtomatlaşdırılması, məlumat təhlükəsizliyi və etik problemlər kimi çətinliklər yaradacağı da vurğulanır.

Proqnozlarda yer alan maraqlı iddialardan biri kosmosla bağlıdır. İddiaya görə 2028-ci ildən etibarən Venerada enerji mədənçiliyi başlanayaq və 2026-cı il bu layihənin hazırlıq mərhələsinin aydınlaşdığı dövr olacaq. NASA-nın 2028-2030-cu illər üçün Venera missiyalarını planlaşdırması və özəl kosmos şirkətləri arasındakı artan rəqabət bu iddialara paralel göstərilir.

Tibb sahəsinə dair proqnozlar həm maraqlı, həm də ümidvericidir. Vanqaya görə 2046-cı ildə süni orqanların kütləvi istehsalı başlayacaq, 2026 isə bu istiqamətdə kritik addımların atıldığı il ola bilər. Genetik olaraq dəyişdirilmiş donuz böyrəyinin insanlara uğurla köçürülməsi bu istiqamətdə əhəmiyyətli irəliləyiş kimi göstərilir. Bundan başqa, Vanqanın 2026-cı ildə xərçəngin erkən diaqnostikasında böyük sıçrayışın olacağı iddiası da diqqət çəkir. Tək bir qan nümunəsindən bir çox xərçəng növünü aşkar edə bilən MCED testlərinin sürətlə yayılması tibb dünyasında inqilabi addım kimi qiymətləndirilir.

Lalə Qüdrətova
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:56
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 23 Noyabr 2025 08:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see430

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see212

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see203

44 günlük müharibədə müəyyən dairələr ermənilərlə... Ərdoğan

06 Yanvar 2026 01:30see188

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see174

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see168

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see166

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see163

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see158

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see156

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see147

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see146

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see144

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see140

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see135

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see129

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see127

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri