Icma.az
close
up
RU
Anklav kəndlər belə qaytarılacaq: Azərbaycan bu xəritədən istifadə edəcək MÜSAHİBƏ

Anklav kəndlər belə qaytarılacaq: Azərbaycan bu xəritədən istifadə edəcək MÜSAHİBƏ

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf-ın suallarını cavablandırıb.

Moderator.az həmin müsahibəni təqdim edir.

- Tofiq müəllim, Zəngəzur dəhlizi (Tramp marşurutu) ilə bağlı qaydaların necə olacağı ilə bağlı iddialar səngimir. Burada hər iki tərəfi razı salacaq mexanizm necə qurulacaq?

- Dəhlizlə bağlı səslənən şərtlərdən bir odur ki, burada tərəflər arasında heç bir təmas olmasın. Yəni, Azərbaycandan-Azərbaycana gedən vətəndaş Ermənistanın rəsmi şəxsləri ilə ünsiyyət qurmasın. Əslində bu texniki məsələdir. Burada hansısa müasir yanaşmalarla bəyan ediləcək ki, dəhlizdən hansı sayda insan keçib və s. Amma burada yüklərin daşınması mövzusu daha aktualdır. Çünki ermənilər tələb edirlər ki, Azərbaycandan-Azərbaycana yəni, Naxçıvana hansısa yüklər gedirsə, buna aid mexanizmlər də müəyyənləşməlidir. Eyni zamanda Azərbaycandan Zəngəzur dəhlizi vasitəsi ilə digər ölkəyə göndərilən yüklərlə bağlı isə qaydalar fərqli ola bilər və bu öncədən bəyan edilməlidir. Bu halda gömrük rüsumu və digər ödənişlərin olması mümkündür. Ümumulikdə texniki xarakterli bu məsələlərdə sadə mexanizmlərin də əldə olunması ehtimalı var.

- Erməni tərəfinin dəhlizə aid əsas istəyi nədən ibarətdir?

- Zəngəzurda yerləşən ərazilərlə digər bölgələr arasında bağlantının olması ermənilərin əsas istəklərindən biridir. Keçmiş sovet dövründə olduğu kimi İrəvandan Zəngəzura, Mincivana qədər dəmir yolu xəttinin bərpasını arzu edirlər. Buna aid də qaydaların tətbiqindən danışılır. Bütün bunlar isə siyasi deyil, daha çox texniki məsələlərdir. Danışıqları aparan mütəxəssislər də buna aid hansısa formatı tapa biləcəklər.

- Azərbaycanla Ermənistan arasında delimitasiya və demarkasiya ilə bağlı aparılan danışıqlar çərçivəsində eksklav və anklav ərazilərlə bağlı məsələlər necə həll olunacaq?

- İndiki mərhələdə ekslavlar və anklav ərazilər məsələsi daha çox hansı dövrün xəritəsi əsasında müəyyənləşəcək prinsipinə bağlıdır. Keçmiş sovet dövrünə aid, Azərbaycanla Ermənistan sərhəddi ilə bağlı müxtəlif sənədlər mövcud olub. Azərbaycan tərəfi bu mövzuya aid keçmiş sovet dövründə tərtib edilmiş müxtəlif xəritələrdən və mənbələrdən yararlanacaq. Delimitasiya və demarkasiya prosesində bundan istifadə ediləcək. Anklav və eksklav ərazilər də bu məsələ ilə bağlıdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://moderator.az
archiveBu xəbər 22 Sentyabr 2025 13:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see251

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see190

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see159

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see159

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see153

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see141

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see136

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see135

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see134

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see132

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see131

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see129

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see129

Alleqri İtaliya Superkubokunun yarımfinalındakı davranışına görə cərimələnib

21 Dekabr 2025 05:16see128

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see128

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see127

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see126

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri