ANONS VERİLDİ: ABŞ İranda quru əməliyyata BAŞLAYACAQ?
Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"ABŞ-ın İrana qarşı hərbi kampaniyası hələ ilkin mərhələdədir və yaxın vaxtlarda Tehranın nüvə potensialının tam məhv edilməsinə yönəlmiş maksimal güclü zərbələr mərhələsinə keçəcək".
Bizim.Media xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Pit Heqset "CBS News" telekanalına müsahibəsində bildirib.
Nazir vurğulayıb ki, Vaşinqton qarşıya qoyulan məqsədləri həyata keçirmək üçün bütün imkanlarını səfərbər etməyə hazırdır.
"Bu, yalnız başlanğıcdır. Biz hələ bu kampaniyaya, əslində tam başlamamışıq. Qarşıdakı mərhələ bu vəzifələri necə yerinə yetirəcəyimizi daha aydın göstərəcək", - deyə o qeyd edib.
Bundan əlavə, ABŞ Müdafiə Nazirliyindəki mənbələr Vaşinqtonun İranda quru əməliyyatına hazırlaşa biləcəyini bildiriblər. Buna səbəb kimi 82-ci çevik reaksiya hava-desant diviziyasının təlimlərinin qəfil ləğv edilməsi göstərilir.
Pentaqon nümayəndəsi isə ABŞ Silahlı Qüvvələrinin "nəyəsə hazırlaşdığını" təsdiqləyib.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 09 Mart 2026 21:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















