Antalyada mədəniyyətin birləşdirici və bölücü tərəfləri müzakirə mövzusu olub
Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
IV Antalya Diplomatiya Forumunda (ADF2025) müzakirə olunan sahələr arasında mədəniyyət də öz yerini alıb.
AZƏRTAC xəbər verir ki, beynəlxalq forum çərçivəsində növbəti paneldə “Müasir dünyada mədəniyyətin rolu: Birləşdiricimi, bölücümü?” mövzusu ətrafında fikir mübadilələri aparılıb.
Paneldə TÜRKSOY-un baş katibi Sultan Rayev, Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (CICA) Baş katibi Kayrat Sarıbay, Nurlan Yermekbayev , Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Baş katibi Nurlan Yermekbayev, İranın Siyasi və Beynəlxalq Tədqiqatlar Mərkəzinin rəhbəri Saeed Khatibzadeh, Yaxın Şərq və Afrika Proqramının rəhbəri Maria Luisa Fantappie, eləcə də Avropa Yenidənqurma və İnkişaf Bankının Cənubi və Şərqi Aralıq dənizi üzrə baş siyasi məsləhətçisi Tarek Osman iştirak ediblər.
Çıxışçılar fərdi və ya kollektiv həyatımızın təməllərindən birini təşkil edən mədəniyyətin bir qrupun, icmanın və ya millətin birlikdə yaşama tərzini formalaşdırdığını, güclü mənsubiyyət hissini yaratmaqla yanaşı, bölünmələrə də səbəb ola biləcəyini bildiriblər.
İclasda qlobal bağlılıqla yanaşı parçalanmaların da artdığı bu dövrdə mədəniyyətin həm birləşdirici, həm də bölücü tərəfləri müzakirə olunub.
İştirakçılar bu baxımdan parçalanmış dünyamızda mədəni problemlərin daha dərindən dərk edilməsinin əhəmiyyətini vurğulayıblar.
Baxış sayı:72
Bu xəbər 13 Aprel 2025 10:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















