Icma.az
close
up
RU
Aygün Kazımovanın ad günündə geyimləri ilə bərq vuran MƏŞHURLAR

Aygün Kazımovanın ad günündə geyimləri ilə bərq vuran MƏŞHURLAR

Icma.az, Baku.ws saytına istinadən bildirir.

Ötən gün 55 yaşını və səhnə fəaliyətinin 40 illiyini qeyd edən Xalq artisti Aygün Kazımovanın məclisinə ulduz axını oldu. Məşhurlar şık, parıltılı, dekolte, mini, bər-bəzəkli və qeyri-adi geyimləri ilə məclisi əsl qalaya çevirib geyimlərini yarışdırdılar. Həmin vaxt yaşananlar isə BAKU.WS-in obyektivinə yansıdı. Bəs görəsən Xalq artistinin bu özəl gününə məşhurlar hansı geyimdə qatıldılar?

Bu dəfə oxuculara Kazımovanın ad günündə BAKU.WS-in obyektivinə tuş gələn məşhurların siyahısını təqdim edirik:

Hər zaman cazibədar görünən müğənni Nigar Camal bu dəfə də ənənəsinə sadiq qalıb. O məclisə gümüşü rəngli bərq vuran libası ilə qatılıb.

Aparıcı Hacı Nuran Hüseynov da Kazımovanın ad günü məclisinə qatılan məşhurlar arasında olub. O sarı rəngli və qeyri-adi tərzi ilə seçilən kostyumu ilə diqqət mərkəzində olub.

Aparıcı Çinarə Əliyeva isə gecənin diqqətçəkən məşhurlarından olub. O Kazımovanın doğum gününə bahalı və ağ rəngli kürkü ilə gəlib.

Əməkdar artist Dilarə Əliyeva gecəyə ağ rəngli kostyumla qatılıb. O sadə görünüşü ilə göz oxşayıb.

Gecənin sürpriz qonaqlarından olan Xalq artisti Röya Ayxan sinə dekolteli, şık və qara rəngli libası ilə diqqət çəkib.

Aparıcı Afaq Gəncəli məclisə qara rəngli, kürək dekolteli, uzun libasla qatılıb.

Xalq artisti Aygün Kazımovanın qızı İlqarə Kazımova isə anasının özəl günündə sadə, qara rəngli libas geyinib.

Əməkdar artist Sevda Ələkbərzadə məclisə gümüşü rəngli, uzun libası ilə damğa vurub.

Müğənni Xuraman Şuşalı da BAKU.WS-in obyektivinə tuş gələn məşhurlar arasında oldu. O gecəyə qızılı rəngli qapalı geyimi ilə qatıldı.

Müğənni Mehin Hümbətova ad günü məclisinə qəhvəyi rəngli şık bir libasla qatılıb.

Aparıcı Aytəkin Mərdanova məclisə qırmızı rəngli mini libasda qatılıb. O sadəliyi ilə göz oxşayıb.

Müğənni Nuran isə ənənəvi tərzinə sadiq qalıb. O bu dəfə məclisə qeyri-adi kostyumu ilə qatılıb.

Müğənni Sevda Yahyayeva yaşıl rəngli kostyumu ilə diqqət çəkib. Sənətç geyimini ona uyğun saç və makiyajı ilə tamamlayıb.

Müğənni Çinarə Məlikzadə gecəyə sadə və qara rəngli, qısa libası ilə qatılıb.

Müxbir: Zöhrə Pənah

Foto: Təranə İbrahimova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:641
embedMənbə:https://baku.ws
archiveBu xəbər 27 Yanvar 2026 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri