Icma.az
close
up
RU
Antarktidanın məhv olmuş canlıları: Yeni faktlar üzə çıxdı

Antarktidanın məhv olmuş canlıları: Yeni faktlar üzə çıxdı

Icma.az, Teleqraf.com portalına istinadən məlumat yayır.

Elm adamları Antarktidada tapılan 69 milyon illik kəllə sümüyünün məlum olan ən qədim müasir quşa aid olduğunu açıqlayıblar.

Teleqraf.com xəbər verir ki, bu barədə Britaniyada nəşr olunan “Independent” qəzeti məlumat yayıb.

Kontinental ördək və qazların qədim qohumu olan bu quş Təbaşir dövründə Antarktida sahillərində Tironazavr-rekslə eyni vaxtda yaşayıb.

ABŞ-nin Ohayo Universitetinin professoru Patrik Okonnor deyir ki, qalıq Antarktidada müasir quş təkamülünün ilkin mərhələləri haqqında yeni məlumatların əldə edilməsi baxımından önəmlidir.

Qalıq 2011-ci ildə Antarktikada aparılan araşdırma zamanı tapılıb.

Karnegi Təbiət Tarixi Muzeyindən Metyu Lamanna həmmüəllifi olduğu araşdırma haqqında söyləyir: “Antarktida bəşəriyyətin dinozavrlar dövründəki həyatı dərk etməsi baxımından son sərhəddir”.

Sivri dimdiyi olan bu uzunsov kəllə Təbaşir dövrünü də əhatə edən Mezozoy erasının əvvəllər kəşf edilmiş və məlum olan bütün quşları arasında unikal beyin formasına malikdir. Bu xüsusiyyətlər Veqavis yay (Vegavis iaai) adlı nəsli kəsilmiş quşa məxsusdur, tədqiqatçılar onu bütün müasir quşların daxil olduğu qrupa aid edirlər.

Veqavis haqqında ilk dəfə 20 il əvvəl Texas Universitetindən, yeni tədqiqatın həmmüəllifi Yuliya Klark tərəfindən məlumat verilib. Onun ördəklər və qazlar kimi müasir cinslərin ibtidai üzvü olduğu iddiası irəli sürülüb. Amma yeni araşdırma Təbaşir dövründə məhvolma hadisəsindən əvvəl aid olduqca nadir bir kəllə nümunəsi təqdim edir.

Kəllə bugünkü qazlardan fərqli olaraq güclü çənə əzələlərinə malikdir, onun xüsusiyyətləri Veqavisin suyun altında hərəkət etmək üçün ayaqlarından istifadə etdiyinə dair iddialara uyğun gəlir.

Ohayo Universitetinin elm adamı Kristofer Torres qeyd edir ki, paleontoloqlar arasında Veqavis qədər mübahisəli quşlar azdır.

Nəşr vurğulayır ki, yeni fosil bu mübahisələrin çoxunu həll etməyə kömək edəcək. Əsas odur ki, Veqavis quşların təkamül ağacında özünə yer edə bilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 06 Fevral 2025 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see200

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see186

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see135

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see129

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see126

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see126

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri