Icma.az
close
up
RU
Avropanın media casuslarının məhkəməsində yeni faktlar üzə çıxdı ANALİZ

Avropanın media casuslarının məhkəməsində yeni faktlar üzə çıxdı ANALİZ

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

Azərbaycan dünya miqyasında azad, demokratik dövlətlər sırasında ön sırada olan dövlətlərdəndir. Ölkəmizdə söz və mətbuat azadlığının təmin olunması istiqamətində geniş və əhatəli işlər görülüb, qanunlar qəbul edilib, Prezident Fərman və Sərəncamları imzalanıb. Məhz dövlətin dəstəyi ilə KİV-lərin müasir dövrün tələblərinə uyğun olaraq fəaliyyət göstərmələrinə geniş imkanlar yaradılıb. Ulu Öndərimiz Heydər Əliyevin xeyrli, gərəkli media siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev KİV-lərin fəaliyyətinin genişlənməsinə və peşəkarlıq səviyyəsinin yüksəlməsinə hər cür dəstəyini göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı və MEDİA Agentliyinin yaradılması ölkəmizdə media sahəsində islahatların daha sürətlə aparılmasına və şaxələndirilməsinə yeni imkanlar yaradır. Təəssüflər olsun ki, dövlətin yaratdığı şərait və imkandan sui-istifadə hallarına yol verilir. Yazdığı təhqiredici yazıya, işlətdiyi böhtanlara görə, məsuliyyətə cəlb edilməsində humanistliyə yol veriləcəyini anlayan bəzi jurnalistlər bu istiqamətdə sərhəd tanımırlar. Vaxtaşırı təhqirlərlə dolu yazılar yazır, internet TV-lərdə şər və böhtan xarakterli fikirlər yayırlar. Dəhşətlisi ondan ibarətdir ki, onları bəzən siyasi partiya funksionerləri istiqamətləndirirlər. Dəfələrlə sübuta yetirilib ki, AXCP sədri Əli Kərimlinin, Milli Şuranın rəhbəri Cəmil Həsənlinin və digərlərinin sifarişləri əsasında bəzi jurnalistlər, media orqanları, internet TV-lər dövlətin müsbət imicini ləkələmək üçün qarayaxma kampaniyası təşkil edirlər. Xarici məkrli qüvvələrin maddi və mənəvi dəstəyinə arxalanan “Abzas Media”, “Toplum” TB, “Meydan”TV kimi qurumlar Azərbaycanda görülən möhtəşəm işlərə kölgə salmaq, insanlar arasında çaşqınlıq yaratmaq üçün hər cür çirkin vasitə və üsullardan istifadə edirlər. Təbii ki, qarşılığında xarici fondlardan milyon dollarla maliyyə vəsaitləri alırlar. Təbii qanundankənar maliyyə vəsaiti almaq cinayət məsuliyyəti yaradır.

Məhkəmədən bağışlanmalarını xahiş etdilər

Söz yox ki, cinayət yolu tutanlar qanunvericiliyin tələbinə uyğun olaraq məsuliyyətə cəlb olunurlar. 2023-cü il noyabrın 21-də “Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı (Abbasova), noyabrın 23-də direktor müavini Məhəmməd Kekalov, dekabrın 1-də saytın əməkdaşı Nərgiz Absalamova, dekabrın 13-də jurnalist Hafiz Babalı, daha sonra saytın əməkdaşı Elnarə Qasımova barəsində qrup halında qaçaqmalçılıq ittihamı ilə həbs qətimkan tədbiri seçilib.Onlar barəsində ilkin olaraq Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq dövründə Cinayət Məcəlləsinin bir sıra, o cümlədən 193-1.3.2-ci maddəsi (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) üzrə yekun ittiham verilib.

Həbs olunan media casuslarının cinayət əməlləri istintaq orqaları tətəfindən sübuta yetirilərək, baxılması üçün məhkəməyə göndərilib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən məhkıəmə prosesində “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, direktor müavini Məhəmməd Kekalov, jurnalistlər - Hafiz Babalı, Nərgiz Absalamova, Elnarə Qasımova və iqtisadçı Fərid Mehralızadə əməllərini etiraf etdilər və məhkəmədən onların bağışlanmasını xahiş etdilər. Təbii ki, xahişin nəzərə alınması məhkəmənin müstəsna hüququna aid olan məsələdir. Lakin prokuror Ülvi Həsənlin 12 il, Sevinc Vaqifqızının 11 il, Məhəmməd Kekalovun 11 il, Hafız Babalı 12 il, Fərid Mehralızadə 12 il, Elnarə Qasımova 11 il, Nərgiz Absalamovanın 11 il azadlıqdan məhrum edilməsini istəyib. İyunun 10-da davam etdirlən məhkəmədə vəkillər müdafiə çıxışı ediblər, jurnalist Hafiz Babalı isə son sözünü deyib. Məhkəmə iyunun 20-də davam etdiriləcək.

Cinayət cəzasız qala bilməz

Faktlara istinadən demək olar ki, heç kim, o cümlədən jurnalist adına iddia edənlər qanunsuz olaraq istintaqa çağırılmırlar. Hər bir kəs törətdiyi əmələ görə istintaqa cəlb olunaraq toplanmış materiallar əsasında məhkəmə qərarı verilir. Heç kim toxunulmaz deyil və jurnalist adından istifadə edərək, qanunlara meydan oxumaqda yolverilməzdir. Bu yaxınlarda “Abzas Media”nın əməkdaşları kimi “Meydan” TV-nin əmıəkdaşları da qeyri-qanuni fəaliyyətlə məşğul olduqlarına görə, məsuliyyətə cəlb olunublar. Xətai rayon Məhkəməsinin qərarı ilə "Meydan TV" əməkdaşları Ramin Cəbrayılzadə (Ramin Deko), Aynur Qəmbərova (Elgünəş), Aytac Əhmədova (Tapdıq), Aysel Umudova, Xəyalə Ağayeva, Natiq Cavadlı, Ülvi Tahirov, Aysel Umudova və Aytac Əhmədova barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

“Toplum TV"-nin xaricdən maliyyələşən əməkdaşlarına qarşı da istintaq orqanları tərəfindən cinayət işi qaldırılıb. İstintaq araşdırması zamanı “Toplum TV”nin təsisçisi Ələsgər Məmmədli, redaktor Müşfiq Cabbarov, "Demokratik Təşəbbüslər İnstitutu"nun rəhbəri Akif Qurbanov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı Əli Zeynalov, "III Respublika" Platformasının qurucu heyət üzvü Ruslan İzzətli, Ramil Babayev, İlkin Əmrahov, Şahnaz Bəylərqızı məsuliyyətə cəlb olunublar. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

İctimaiyyət üçün açıqlanan məlumatda bildirilir ki, “Abzas Media”, “Toplum” TB, “Meydan”TV kimi media orqanları ABŞ-ın “Beynəlxalq İnkişaf Agentliyi” (USAID), “Milli Demokratiya Fondu” (NED), “Avropa Demokratiyaya Yardım Fondu” (EED), “Internews”, “FreedomNow”, “Qlobal Araşdırmaçı Jurnalistika Şəbəkəsi” (Global Investigative Journalism Network), “Amerika Beynəlxalq Təhsil Şurası” (American Councils for International Education), Çexiyanın “Praqa Vətəndaş Cəmiyyəti Mərkəzi” (PCSC), “People in Need” (PİN), “Avropa İttifaqı Müstəqil Media üçün” proqramı (EU4 İndependent Media), “Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu” (EPCSF), “Niderland Helsinki Komitəsi”, “Norveç Helsinki Komitəsi”, “Avropa Jurnalistika Fondu” (Journalizmfund Europe), “Yeni Demokratiya Fondu” (New Democracy Fund), “Forum 2000” və “German Marşal” Fondu tərəfindən böyük məbləğdə pullar alıblar. Sual olunur Azərbaycan cəmiyyətində tanınmayan, ümumilikdə 10-15 oxucusu olmayan sayt əməkdaşlarına, onu idarə edənlərə böyük məbləğdə maliyyə yardımları ödəməyə nə ehtiyac var? Heç şübhəsiz ki, tanınmış, geniş oxucu auditoriyası olan KİV-lərə maliyyə vəsaitləri təklif edilə bilməzdi. Çünki özünə hörmət edən, milli maraqları və dövlətçilik mənafeyini hər şeydən üstün tutan ciddi, oxunaqlı KİV -lər hər hansı xarici məkrli maliyyə dairələri ilə əməkdaşlıq əlaqələri qurmaz. Bunu xarici anti-Azərbaycan dairələri də yaxşı anlayırlar. Ona görə də, Azərbaycan cəmiyyətində tanınmayan, heç bir dəyəri və ciddi resursu olmayan saytlarla əməkdaşlıq edirlər, onlara milyonlarla dollar yardımlar göstərirlər.

Bütün bu kimi fəaliyyət onu təsdiq edir ki, ABŞ-ın və Avropanın qaranlıq dairələri Azərbaycanda özlərinə yaxın media şəbəkəsi yaradıblar. Agentura şəbəkəsində yalnız jurnalistlər, özlərini bloger kimi təqdim edənlər yer tutmurlar, onların arasında QHT nümayəndələri, siyasi partiya rəhbərləri mövcuddur. Ancaq ortada olan bir reallıq mövcududdur ki, məkrli dairələrin yaratdığı təxribatçı şəbəkə hüququn aliliyinin ən yüksək səviyyədə təmin olunduğu Azərbaycanda qol-qanad aça bilmirlər. Onlar öz təxribatlarının qurbanı olur və həbs edilərək, məhkəmə qarşısına çıxarılırlar.

İLHAM ƏLİYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 İyun 2025 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see175

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see128

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri