Icma.az
close
up
RU
COP29un uğurlu təşkili antiAzərbaycan ünsürlərin planlarını iflasa uğratdı ŞƏRH AZƏRTAC

COP29un uğurlu təşkili antiAzərbaycan ünsürlərin planlarını iflasa uğratdı ŞƏRH AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 2 dekabr, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyev COP29-u heç də səbəbsiz yerə dönüş nöqtəsi adlandırmamışdı. Məhz Bakıda inkişaf etməkdə olan dövlətlərə 2035-ci ilə qədər hər il ən azı 300 milyard ABŞ dolları ayrılması barədə razılıq əldə olundu və ardınca illik 1,3 trilyon dollar iqlim maliyyəsinin ayrılmasını özündə ehtiva edən Bakı Maliyyə Məqsədi (BMG) təsdiqləndi. Bundan başqa, 2015-ci ildən bəri ilk dəfə olaraq COP29-da Paris Sazişinin 6-cı maddəsi tam şəkildə işlək vəziyyətə gətirildi. Onun icrası kömür zavodlarının dayandırılmasını, külək stansiyalarının tikilməsini və meşələrin salınmasını nəzərdə tutur. Bu, inkişaf etməkdə olan ölkələrə investisiya qoyuluşunun yeni dövrünü bildirir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Əməkdar jurnalist, Milli Məclisin deputatı Sahib Alıyev deyib.

O qeyd edib ki, COP29-da həll olunan müşkül məsələlərdən biri də iqlim dəyişmələrinin təsirlərinə ən çox məruz qalan ölkələrə maliyyə yardımını nəzərdə tutan, 2022-ci ildə təşəbbüs kimi irəli sürülsə də həllini tapmayan İtki və Zərər Fondunun tam şəkildə institutlaşdırılması oldu.

“Bütün bu sadaladıqlarım və Bakı Adaptasiya Yol Xəritəsi heç də asanlıqla razılaşdırılan məsələlər deyildi. Qlobal Şimalla Qlobal Cənubu bir araya gətirmək üçün Azərbaycan diplomatiyası son bir neçə ayda çox fəal çalışırdı. Açıq demək lazımdır ki, Qlobal Şimaldakı bəlli çevrələrin Azərbaycana qarşı qərəzli və çirkin kampaniyalarının arxasında, ilk növbədə, onların Bakıda əldə olunan razılaşmaları öz maraqlarına uyğun şəkildə təsdiqlətmək, yəni, böyük sənaye potensiallarının olması səbəbindən planeti ən çox özlərinin çirkləndirmələrinə baxmayaraq maliyyə yükünü digər dövlətlərin üzərinə qoymaq istəyi dururdu. Almaniyanın xarici işlər nazirinin COP29-dakı çıxışı da bunu çox aydın göstərdi. Ancaq həmişəki kimi, istəklərinə nail ola bilmədilər”, - deyə S.Alıyev əlavə edib.

Ölkəmizin prinsipial, obyektiv vasitəçiliyinin böyük uğurlar əldə etdiyini deyən deputat Qoşulmama Hərəkatına sədrlik dövründə Azərbaycanın inkişaf etməkdə olan ölkələr arasında qazandığı böyük nüfuzunu COP29-la daha da artırdığını diqqətə çatdırıb. O, ölkəmizdə keçirilən BMT konfransının uğurlu təşkilinin anti-Azərbaycan ünsürlərin planlarını iflasa uğratdığını, onların imiclərini yerlə-yeksan etdiyini bildirib.

“Fikrimcə, COP29 təkcə iqlim maliyyələşməsi yox, həm də Azərbaycanın öz torpaqları üzərində suverenliyini tam təminini həzm etməyənlərin olan-qalan xarizmalarının da tam sındırılması baxımından bir dönüş nöqtəsi oldu. Qlobal Şimaldakılar bundan öncəki iki COP tədbirindən tam fərqli reallıqla üzləşdilər. Onlar elə düşünürdülər ki, haqsız tənqidlərinə davam edəcəklər, Azərbaycan da bundan öncəki COP-lara ev sahibliyi edən bəzi müsəlman dövlətləri kimi hansı səbəbdənsə susacaq. Ancaq bu, baş vermədi, Azərbaycan susmadı. Prezident İlham Əliyev COP29-un Liderlər Sammitinin açılışında və İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitindəki möhtəşəm çıxışları ilə həmin ünsürlərə elə bir dərs verdi ki, bu, onların yaddaşından heç vaxt çıxmayacaq”, - deyə deputat vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:166
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Dekabr 2024 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri