Antibiotik və ağrıkəsici qəbul edənlər bunu bilməlidir
Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Antibiotik, ağrıkəsici və digər dərmanlardan sonra orqanizmi "təmizləmək" üçün bitki çayları və detoks proqramlarına müraciət edənlər olsa da, mütəxəssislər bu üsulların əksəriyyətinin elmi əsasının olmadığını bildirirlər.
Milli.Az xəbər verir ki, həkim Svetlana Burnatskayanın sözlərinə görə, dərmanların orqanizmdə toplanaraq zəhərlənməyə səbəb olması fikri əsasən mifdir. Sağlam insanlarda qaraciyər və böyrəklər dərman maddələrinin parçalanması və xaric edilməsində əsas rol oynayır.
Lakin qaraciyər və böyrək xəstəlikləri olan şəxslərdə, yaşlı insanlarda, eləcə də dərmanların həkim nəzarəti olmadan uzun müddət və yüksək dozada qəbul edilməsi zamanı toksik təsirlər yarana bilər. Xüsusilə bəzi ağrıkəsicilər, antibiotiklər və digər preparatlarla ehtiyatlı olmaq lazımdır.
Mütəxəssis saralma, güclü halsızlıq, ürəkbulanma, qusma, sidikdə dəyişikliklər, şişkinlik, yuxululuq və şüur bulanıqlığı kimi əlamətlər olduqda həkimə müraciət etməyi tövsiyə edib.
Bundan əlavə, müalicə zamanı spirtli içkilərdən istifadə etməyin bəzi dərmanlarla birlikdə qaraciyər üçün risk yarada biləcəyi qeyd olunub.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)
Baxış sayı:86
Bu xəbər 31 İyul 2026 13:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















