Yadplanetlilər həqiqətən varmı? İlon Maskın diqqətçəkən paylaşımı
Baku.ws saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"SpaceX" şirkətinin rəhbəri İlon Mask kainatda yadplanetli sivilizasiyaların mövcudluğunu göstərən hər hansı əlamətin indiyədək aşkarlanmamasından narahatlığını ifadə edib.
BAKU.WS xəbər verir ki, milyarder bu barədə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Yadplanetlilərin mövcudluğuna dair hələ də heç bir əlamət görməməyimiz məni çox narahat edir", – deyə Mask bildirib.
Qeyd edək ki, o, bu ilin əvvəlində ulduz sistemlərinin tədqiqi zamanı bəşəriyyətin yadplanetlilər və yerdənkənar sivilizasiyalarla qarşılaşa biləcəyini söyləmişdi. Bununla belə, Mask üç il əvvəl kainatda başqa sivilizasiyaların mövcudluğunu inkar edirdi.
Digər tərəfdən, ABŞ-da may ayından etibarən naməlum uçan obyektlərlə bağlı sənədlər ictimaiyyətə açıqlanır. Həmin materiallarda bu hadisələr naməlum anomal hadisələr kimi təsnif edilir.
Oktyabrın sonunda yayımlanan son sənədlər arasında ABŞ-ın Rosvell hərbi bazasının keçmiş zabiti Uolter Hautun ehtimal olunan kosmik gəmi qəzası və hadisə yerində yadplanetlilərin cəsədlərinin tapılması barədə danışdıqları da yer alıb.
Xatırladaq ki, İlon Mask daha əvvəl Ayda və Marsda yaşayış şəhərləri salmağı planlaşdırdığını açıqlamışdı.
Baxış sayı:151
Bu xəbər 06 Noyabr 2026 13:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















