“Sosial sığorta daxilolmalarında gələn il 15,1 faiz artım proqnozlaşdırılır”
Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.
“Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2027-ci il üçün gəlirləri 9 milyard 221 milyon manat nəzərdə tutulur ki, bu da 2026-cı il üzrə təsdiq olunmuş gəlirlərdən 897,4 milyon manat və ya 10,8 faiz çoxdur”.
“Qafqazinfo” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı bildirib.
O, Fondun 2027-ci il üçün gəlirlərinin 82,3 faizi və ya 7 milyard 587 milyon manatının məcburi dövlət sosial sığorta haqqı daxilolmaları üzrə formalaşacağının proqnozlaşdırıldığını deyib.
Nazir qeyd edib ki, bu göstərici cari ilin təsdiq edilmiş göstəricisindən 995,4 milyon manat və ya 15,1 faiz çoxdur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 06 Noyabr 2026 13:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















