Icma.az
close
up
RU
Antik avtomobillərin istismar problemləri EKSPERT TÖVSİYƏSİ FOTO

Antik avtomobillərin istismar problemləri EKSPERT TÖVSİYƏSİ FOTO

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Avtomobil kolleksiyası toplamaq bahalı olmaqla yanaşı, peşəkarlıq tələb edən sahədir.

Bəzi avtomobillər kolleksiya şəklində muzeylərdə və ya şəxsi qarajlarda illərlə yerindən tərpənmir.

Bəziləri isə ya gündəlik, ya da tədbirlərdə istifadə məqsədi ilə yola çıxarılır. Bəs yaşı, 30-u, 50-ni aşmış avtomobil idarə edənlər nəyə diqqət yetirməlidir?

Avtosfer.az avropalı mütəxəssislərə istinadla xəbər verir ki, 50 il əvvəl istehsal olunmuş avtomobilin davranışı 21-ci əsrdə istehsal olunanla eyni deyil. Son yarım əsrdə avtomobilin əsas hissələrinin quruluşu əsaslı şəkildə dəyişməsə də, istehsal texnologiyaları dəyişib. Son 20 ilin maşınları daha mükəmməl və etibarlıdır. 

Avropalı mütəxəssislər bildirirlər ki, antik avtomobillərin istismarında ən ciddi məqam təhlükəsizlikdir. 80-ci illərədək istehsal olunmuş avtomobillərdə təhlükəsizlik məsələsinə ciddi əhəmiyyət verilməyib. 

İkinci məsələ fiziki köhnəlmədir. Zaman keçdikcə metal yorulur, birləşmələr boşalır və qopur. Kraş testlər də göstərir ki, 50 il əvvəl istehsal olunmuş böyük qabaritli avtomobil müasir aşağı büdcəli sedanla toqquşduqda metal yığınına çevrilir.

Üçüncü vacib məqam tormozdur. Köhnə modellərin tormoz sistemində çox vaxt vakum gücləndirici (biz hələ ABS və digər sistemlərdən danışmırıq) olmur. Bunun üçün də pedala daha böyük güclə basmaq lazım gəlir. Tormoz yolu isə kifayət qədər uzun olur. Həm də nəzərə alaq ki, bir çox modeldə barabanlı sistem olduğu üçün müntəzəm tormozlama zamanı qızma baş verir, tormoz məsafəsi daha da uzanır.

Qəza riskini azaltmaq üçün daha böyük ara məsafəsi saxlamaq zəruridir. Ekspertlər maşının orijinallığını çox da pozmadan (mümkün olduqda) vakum sistemini əlavə etməyi məsləhət görürlər.  

Bir çox antik avtomobilin asqı sistemi, kardan ötürmələri periodik yağlama tələb edir. Maşın nə qədər az sürülsə belə, ildə azı 1 dəfə sözügedən detallar yağlanmalıdır. 

Əlavə olaraq qeyd edək ki, sovet istehsalı olan GAZ avtomobillərinin asqı sisteminin yağlamaya xüsusi ehtiyacı var. Yağışlı havada hər sürüşdən sonra kardan valı, kürəvi yataqlar və ən əsası şkvorenlər mütləq yağlanmalıdır. “Jiquli”də buna ehtiyac yoxdur.
Antik avtomobillərin mühərrikində yağ sərfiyyatı yüksək ola bilər. Buna görə də yağ səviyyəsinə müntəzəm diqqət yetirilməlidir.

Vüqar Yaşaroğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 29 İyun 2025 16:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see547

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see309

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see299

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see298

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see292

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see273

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see269

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see269

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see255

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see252

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see240

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see240

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see238

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see235

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see233

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see233

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see230

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see221

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see221

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see221
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri