Icma.az
close
up
RU
Yeni il gecəsi necə qidalanmaq lazımdır? Ekspert tövsiyəsi

Yeni il gecəsi necə qidalanmaq lazımdır? Ekspert tövsiyəsi

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Yeni il gecəsini evdə keçirəcəksinizsə, masalar sağlam və yüngül yemək seçimlərindən ibarət olmalıdır. Evdən kənarda olanlara az yağlı və kiçik porsiyalar olan sağlam menyular seçmələri tövsiyə olunur.

Yeni il bayramına son günlər qalıb. Bayramda insanların diqqət etməli olduğu məsələlərdən biri də qidalanmadır.
Bayram zamanı necə qidalanmalı? Nələrə diqqət etməliyik?

Modern.az mövzu ilə bağlı qida eksperti Fərid Səfərovla həmsöhbət olub.

Onun sözlərinə görə, ilin son gününə erkən başlanmalı və səhər yeməyi yeyilməlidir:
“Səhər yeməyindən 1-2 saat sonra ən azı bir saat açıq havada sürətli gəzintiyə çıxmalı və sonra 1-2 saat istirahət etməlisiniz. Yemək vərdişlərində heç bir dəyişiklik olmamalıdır. Gün ərzində qan şəkərini balanslı tutmaq və maddələr mübadiləsi sürətinin yavaşlamasını qarşısını almaq üçün qəlyanaltı olaraq meyvə, 10-15 ədəd fındıq və ya badam, 2-3 ədəd qoz yemək olar”.

Ekspert qeyd edib ki, Yeni il süfrəsində çox ac oturmaq olmaz. Aclıq həddindən artıq qida istehlakına səbəb olur:

“Təkcə Yeni il süfrəsində yox, bir vərdiş halına gətirərək həmişə yeməklər kiçik hissələrdə yavaş-yavaş yeyilməlidir. Bununla yanaşı, şəkərli və qazlı içkilər, hazır meyvə suları içməyin. Əvəzinə normasında, sevdiyiniz və özünüzün hazırladığınız təzə meyvə suyu içmək olar. Alkoqol istehlakı isə məsləhət görülmür. Təzə meyvə və qoz-fındıq yeməkdən sonra axşam saatlarında həddindən qida qəbul edilməməlidir. Ehtiyacdan asılı olaraq gün ərzində 10-12 stəkan su içməyə diqqət yetirilməli, sağlam və balanslı qidalanma bir gecəlik deyil, ömürlük prinsip kimi qəbul edilməlidir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:158
embedMənbə:https://modern.az
archiveBu xəbər 30 Dekabr 2024 09:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see379

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see310

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see309

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see269

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see253

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see205

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see198

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see185

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see184

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see183

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see175

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see172

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see171

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see170

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see169

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see168

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see167

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see167

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see167

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri