Icma.az
close
up
RU
Antonio Koşta: Cənubi Qafqaz “transformativ mərhələyə” qədəm qoyur

Antonio Koşta: Cənubi Qafqaz “transformativ mərhələyə” qədəm qoyur

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 4 may, AZƏRTAC

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta bazar ertəsi günü bildirib ki, Ermənistan ilə Türkiyə arasında münasibətlərin normallaşmasından və İrəvanla Bakı arasında sülh sazişinin imzalanması fonunda Cənubi Qafqaz “transformativ mərhələyə” qədəm qoyur.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, İrəvanda keçirilən Avropa Siyasi Birliyi (AİB) 8-ci sammitinin açılışında çıxış edən Koşta regional sabitlik və əməkdaşlığa doğru artan impulsu vurğulayıb. O bildirib ki, Ankara ilə İrəvan arasında münasibətlərin yaxşılaşması, Ermənistan-Azərbaycan sülh sazişi ilə birlikdə daha inteqrasiya olunmuş və əlaqəli bir bölgənin təməlini qoyur.

Koşta strateji sənaye sahələrinin, bazarların, nəqliyyat dəhlizlərinin, rəqəmsal şəbəkələrin və enerji qarşılıqlı əlaqələrinin inkişaf etdirilməsi səylərinə işarə edərək deyib: “Bu saziş Avropada qeyd edilməli olan bir sülh hekayəsidir. Həmin sənəd və Türkiyə ilə Ermənistan arasında münasibətlərin yaxşılaşması sayəsində region transformativ yola qədəm qoyur”.

Onun sözlərinə görə, bu təşəbbüslər ticarət və logistikanın inkişafından daha çox, qonşular arasında etimadın yaradılmasına, iş yerlərinin açılmasına və ortaq iqtisadi artımın təşviq edilməsinə kömək edir.

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen də dəyişən geosiyasi mənzərədə Avropanın dayanıqlığının gücləndirilməsinin vacibliyini vurğulayıb, əsas sektorlarda həddindən artıq asılılığa qarşı xəbərdarlıq edib. O qeyd edib ki, son böhranlardan dərs çıxarmaq lazımdır. Fon der Lyayen Aİ-nin keçmişdə idxal olunan qazıntı yanacaqlarından asılılığını qlobal qeyri-sabitlik və artan enerji qiymətlərinin dəyişkənliyi ilə daha da ağırlaşan əsas zəiflik kimi xarakterizə edib. O əlavə edib: “Enerji etibarlılığı sistemini sahib olduğumuz yerli, daha ucuz və proqnozlaşdırıla bilən enerji mənbələri üzərində daha güclü, daha etibarlı şəkildə qurmalıyıq”. Avropa Komissiyasının rəhbəri külək, Günəş, su elektrik stansiyası və geotermal enerji kimi bərpaolunan mənbələrə, eləcə də nüvə enerjisinə üstünlük veriləcəyini bildirib.

O, həmçinin mövcud boşluqları aradan qaldırmaq üçün 2030-cu ilə qədər 800 milyard avroya qədər vəsait səfərbər etmək planlarını qeyd edərək bildirib ki, Avropanın təhlükəsizlik və müdafiə qabiliyyətlərinin gücləndirilməsi vacib məsələdir. “Özümüz üçün ayağa qalxmağı bacarmalıyıq. Bu proses çoxdan gecikib”, - deyə Fon der Lyayen vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 May 2026 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see297

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see280

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see263

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see251

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see235

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see232

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see230

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see223

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see215

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see214

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see211

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see210

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see206

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see205

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see201

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see199

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see196

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see195

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see192

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri