“Fənərbaxça” səfərdə 5 qolla qalib gəldi
Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Türkiyə Super Liqasında XI turun növbəti oyunları keçirilib.
“Qafqazinfo” xəbər verir ki, “Fənərbaxça” səfərdə “Çorum”un qonağı olub.
İstanbul təmsilçisi rəqibini 5:0 hesabı ilə məğlub edərək iki oyunluq qələbəsizlik seriyasına son qoyub. Qonaqların heyətində Meyson Qrinvud (12, 63) və İrfan Can Kahveci (21, 56) dubla imza atıblar. Digər qolu isə 74-cü dəqiqədə Oğuz Aydın vurub.
Bu nəticədən sonra xallarını 19-a çatdıran “Fənərbaxça” bir oyun artıq keçirməklə 5-ci pilləyə yüksəlib. 16 xalı olan “Çorum” isə 9-cu sırada qalıb.
Qeyd edək ki, növbəti turda “Fənərbaxça” səfərdə “Kocaelispor”la, “Çorum” isə “Başakşəhər”lə qarşılaşacaq.
Bu mövzuda digər xəbərlər:“Fənərbaxça” səfərdə qalib GƏLDİ
10 Oktyabr 2026 22:45
“Fənərbaxça” səfərdə qalib gəldi VİDEO
20 Yanvar 2025 09:23
“Fənərbaxça” 4 cavabsız qolla qalib gəldi
20 Yanvar 2025 02:37
“Fənərbaxça” səfərdə büdrədi
15 Sentyabr 2026 00:57
Qalatasaray və Fənərbaxça səfərdə qalib gəldilər
24 Noyabr 2024 02:28
Baxış sayı:54
Bu xəbər 08 Noyabr 2026 19:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















