Icma.az
close
up
RU
Antonio Quterreş: Sülh və təhlükəsizlik məsələlərində qadınların rolu artırılmalıdır

Antonio Quterreş: Sülh və təhlükəsizlik məsələlərində qadınların rolu artırılmalıdır

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 7 oktyabr, AZƏRTAC

BMT-nin Baş katibi Antonio Quterreş bazar ertəsi Təhlükəsizlik Şurasına bildirib ki, sülh sazişləri, təhlükəsizlik islahatları və münaqişədən sonra bərpa planlarının formalaşmasında daha çox qadın rol oynamalıdır.

AZƏRTAC təşkilatın məlumatına istinadla xəbər verir ki, Təhlükəsizlik Şurasında bu məsələ ilə bağlı 1325 saylı (2000-ci il) mühüm qətnamənin 25-ci ildönümü ərəfəsində qadınlar, sülh və təhlükəsizlik gündəliyi ilə bağlı illik açıq müzakirələr keçirilib.

Baş katib qeyd edib ki, bu qətnamə saysız-hesabsız digər qətnamələrə, hesabatlara və dəyirmi masalara ilham verməklə yanaşı, “sadə bir həqiqətə səs verdi: qadınların liderliyi ədalətli və davamlı sülhün mərkəzidir”.

A.Quterreş daha sonra deyib: “Ancaq açıq danışaq. Çox tez-tez biz bu iclaslara toplaşırıq, inam və öhdəliklə dolu müzakirələr aparırıq, lakin münaqişə zonalarında yaşayan qadın və qızların həyatında real dəyişiklikdən söhbət gedə bilməz”.

Baş katib son hesabatında qadın, sülh və təhlükəsizlik üzrə milli fəaliyyət planlarını qəbul edən 100-dən çox ölkəni əhatə edən son dörddəbir əsrdə əldə edilmiş irəliləyişləri vurğulayıb. “Ancaq qazanclar kövrəkdir və çox narahatlıq doğuran haldır ki, proseslər əksinə gedir. Dünyada biz hərbi xərclərdə həyəcanverici tendensiyalar, daha çox silahlı münaqişə, qadınlara və qızlara qarşı miqyası artan vəhşiliklər görürük”.

Onun sözlərinə görə, ötən il dünyada təxminən 676 milyon qadın ölümcül münaqişə hadisələrinin 50 kilometrliyində yaşayıb ki, bu, onilliklərin ən yüksək göstəricisidir. Cinsi zorakılıq da artıb, qızlara qarşı belə murdar hadisələr 35 faiz çoxalıb. Bəzi yerlərdə onlar bütün qurbanların təxminən yarısını təşkil edir.

A.Quterreş qadınların və qızların ictimai həyatdan sistematik şəkildə kənarlaşdırılmasının həddən artıq çox olduğu Əfqanıstandakı vəziyyətə keçməzdən əvvəl siyasətçilər, jurnalistlər və insan haqları müdafiəçiləri qismində ictimai həyatda iştirak edən qadınların necə zorakılıq və təqiblərə məruz qaldığını vurğulayıb. Bundan əlavə, Fələstin, Sudan, Haiti, Myanma və onun hüdudlarından kənarda qadınlar və qızlar ciddi risklər və dəhşətli zorakılıq səviyyəsi ilə üzləşirlər. “Qadın təşkilatları böhranlı vəziyyətlərdə milyonlarla insan üçün həyat xətti olaraq qaldıqları halda, bu qurumlar resurslardan məhrumdur”, -deyə Baş katib bildirib. O əlavə edib ki, münaqişə şəraitində olan yerli qadınların rəhbərlik etdiyi qrupların 90 faizi ağır maliyyə çətinliyi şəraitindədir və onların təxminən yarısının altı ay ərzində bağlanacağı gözlənilir.

Baş katib BMT-yə üzv dövlətləri keçən il qəbul edilmiş Gələcək Paktına uyğun olaraq qadınlar, sülh və təhlükəsizliklə bağlı öhdəlikləri sürətləndirməyə çağırıb. O, fəaliyyət istiqamətlərini qeyd edib, o cümlədən münaqişədən təsirlənmiş ölkələrdə qadın təşkilatları üçün maliyyənin artırılmasının vacibliyini vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:42
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Oktyabr 2025 10:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail Beyrutda Hizbullah hədəfinə zərbə endirdi

23 Noyabr 2025 19:22see301

1 ay əvvəl ana olan aktrisa boşanır

24 Noyabr 2025 09:53see209

Sadıqovvari tənqid və.. nəticə?

23 Noyabr 2025 10:47see199

Epşteyn işinə görə ABŞ Konqresində ifadə verməlidir

23 Noyabr 2025 13:07see197

Suriyanın bu şəhəri qorxu içindədir: Qadını yandırıb...

23 Noyabr 2025 19:22see156

Gündə neçə banan yemək olar? Faydaları

23 Noyabr 2025 06:06see154

Azərbaycanın tütün istehsalçısı satışdan nə qədər qazanıb?

23 Noyabr 2025 16:32see148

Almaniyada Ukrayna ilə bağlı Təhlükəsizlik Şurasının iclası keçirilib

23 Noyabr 2025 06:10see138

İsraildən sərt mesaj: “Bir neçə cəbhədə əməliyyatları genişləndiririk”

23 Noyabr 2025 16:56see137

Yemək zamanı video izləmək VƏRDİŞİ Hansı psixoloji problemlərin GÖSTƏRİCİSİDİR?

23 Noyabr 2025 20:01see135

Əhməd Rəcəblidə partlayış oldu

24 Noyabr 2025 09:35see134

La Liqa: Barselona Kamp Nou ya qələbə ilə dönür

23 Noyabr 2025 02:12see133

Karbohidratlı pəhrizin xeyrini bilirsiniz?

23 Noyabr 2025 17:32see133

Sabah Şamaxı matçında qolsuz BƏRABƏRLİK

23 Noyabr 2025 17:28see132

Ən nadir 5 pişik cinsi

23 Noyabr 2025 03:03see132

Ukrayna Rusiyanın əsas mövqelərinə zərbələr endirdi Əməliyyat kadrlarlı

23 Noyabr 2025 20:06see132

Merzdən Ukrayna ilə bağlı bəd xəbər

23 Noyabr 2025 19:15see131

Yeni dərman zavodu açıldı

24 Noyabr 2025 09:43see124

“Asan İmza” indi “Azercell” tətbiqində

24 Noyabr 2025 12:05see121

ÜST nin Çərçivə Konvensiyasının növbəti konfransı İrəvanda keçiriləcək

23 Noyabr 2025 17:16see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri