Icma.az
close
up
RU
Bir səhv, 179 həyatı bitirdi, hamı xilas ola bilərdi

Bir səhv, 179 həyatı bitirdi, hamı xilas ola bilərdi

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Cənubi Koreyada Milli Məclisə təqdim olunan hesabatda “Jeju Air” aviaşirkətinə məxsus təyyarənin eniş şassisinin açılmaması və divara çırpılması nəticəsində 179 nəfərin həlak olduğu qəza ilə bağlı “bütün sərnişinlərin sağ qalma ehtimalının” mövcud olduğu üzə çıxıb.

Sherg.az xəbər verir ki, "The Korea Herald" qəzetinin xəbərinə görə, əsas müxalifətdə olan Xalqın Gücü Partiyasından (PPP) deputat Kim Eun-hye Cənubi Koreya aviasiya tarixinin ən ölümcül fəlakəti hesab edilən “Jeju Air” qəzasına dair hesabatın bəzi detallarını paylaşıb.

Simulyasiya görüntüləri ilə dəstəklənən hesabatda, uçuş-enmə zolağının sonunda yerləşən və alətli eniş sisteminin qurulduğu sahəni dəstəkləyən beton divarın olmaması və ya toqquşma anında dağıla biləcək şəkildə layihələndirilməsi halında bütün sərnişinlərin böyük ehtimalla sağ qala biləcəyi qənaətinə gəlinib.

Simulyasiyalar göstərib ki, zolaq boyunca sürüşərək beton divara çırpılan təyyarə, düz səth üzərində hərəkət etsəydi, heç bir toqquşma baş vermədən öz-özünə dayanacaqdı.

Sənədlərə əsasən, düz səthdə sürüşən təyyarə dayanma nöqtəsinə çatmazdan əvvəl daha 630 metr irəliləyəcəkdi ki, bu da sərnişinlərin xilas edilmə ehtimalını artırırdı.

Cənubi Koreyanın Torpaq, İnfrastruktur və Nəqliyyat Nazirliyi də Milli Məclisə verdiyi açıqlamada təyyarənin çırpıldığı baryerin “hava limanı təhlükəsizlik standartlarına uyğun olmadığını” bildirib.

29 dekabr 2024-cü ildə Banqkok-Muan marşrutu üzrə uçan, Boeing 737-800 model tək keçidli “Jeju Air 7C2216” reysinə məxsus təyyarənin eniş şassisi Cənubi Koreyanın Muan şəhərində eniş zamanı açılmamışdı.

Göyərtəsində 6 ekipaj üzvü və 175 sərnişin olan təyyarə Muan Beynəlxalq Hava Limanının uçuş-enmə zolağına endikdən sonra idarəetmədən çıxaraq divara çırpılmış və nəticədə 179 nəfər həyatını itirmişdi.

Milli Yanğınsöndürmə Xidmətinin məlumatına görə, yalnız 30 yaşlarında bir qadın və 20 yaşlarında bir kişi ekipaj üzvü sağ qalmışdı.

Səlahiyyətli qurumlar qəzanın təyyarənin eniş şassisindəki nasazlıqdan qaynaqlandığını bildirərək, ilk cəhddə eniş şassisi açılmayan təyyarənin ikinci cəhddə məcburi eniş zamanı qəzaya uğradığını açıqlamışdı.

Cənubi Koreya aviasiya tarixinin ən ölümcül fəlakəti kimi qiymətləndirilən bu hadisədən sonra ölkədə 7 günlük milli matəm elan edilmişdi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:300
embedMənbə:https://sherg.az
archiveBu xəbər 11 Yanvar 2026 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see604

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see426

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see307

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see294

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see277

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see267

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see264

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see241

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see221

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see212

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see210

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see202

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see193

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see192

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see191

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see189

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see182

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see177

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see175

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri