Icma.az
close
up
RU
Azərbaycan Beynəlxalq Bərpaolunan Enerji Agentliyinin 16 cı Assambleyasında təmsil olunur

Azərbaycan Beynəlxalq Bərpaolunan Enerji Agentliyinin 16 cı Assambleyasında təmsil olunur

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu gün Əbu-Dabidə Beynəlxalq Bərpaolunan Enerji Agentliyinin (IRENA) 16-cı Assambleyası işinə başlayıb.

SİA xəbər verir ki, "İnsanlığı gücləndirmək: bərpaolunan enerji ilə paylaşılan rifah" şüarı ilə keçirilən tədbirdə təşkilata üzv dövlətlərin yüksəksəviyyəli nümayəndələri, enerji sahəsində qərarverici şəxslər iştirak edirlər. Azərbaycan Energetika Nazirliyi yanında Bərpaolunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Rəna Hümbətova tədbirdə iştirak edir.

Sessiyalarda dünya üzrə bərpaolunan enerjiyə keçidin sürətləndirilməsinə dair strategiyalar müzakirə ediləcək, iqtisadi inkluzivlik, bərabərlik və insan rifahının təmini üçün vacib tədbirlər vurğulanacaq.

İki gün davam edəcək Assambleya çərçivəsində, həmçinin IRENA-nın “BƏƏ Konsensusu üzrə hədəflərin yerinə yetirilməsi: bərpaolunan enerji gücünün üçqat artırılması və enerji səmərəliliyinin ikiqat artırılması üzrə irəliləyişin monitorinqi” adlı ikinci hesabatı təqdim olunacaq.

Assambleya çərçivəsində nazirlər iclası və digər yüksəksəviyyəli sessiyalar təşkil ediləcək. Bu sessiyalarda bərpaolunan enerjinin kənd təsərrüfatı və qida sistemlərində potensial tətbiqi, geotermal enerjinin inkişafı, enerji təhlükəsizliyinin təmin olunması, enerji keçidinin maliyyə baxımından səmərəliliyi və kritik materiallarla bağlı mövzulara diqqət yetiriləcək.

Qeyd edək ki, təşkilatın 171 üzvü (170 dövlət və Avropa İttifaqı) var.

IRENA dayanıqlı inkişaf, enerjiyə çıxış, enerji təhlükəsizliyi və aşağı karbon emissiyalı iqtisadi artım və rifah hədəflərini rəhbər tutaraq bioenerji, geotermal, hidroenergetika, okean, günəş və külək enerjisi də daxil olmaqla, bərpaolunan enerjinin bütün növlərinin geniş yayılmasını və davamlı istifadəsini təşviq edir.

Azərbaycan 2009-cu ildən IRENA-nın üzvlüyünə qəbul edilib və 2014-cü il mayın 2-də Milli Məclisin qərarı ilə agentliyin nizamnaməsinin ratifikasiyası ilə onun tamhüquqlu üzvü olub. Beynəlxalq Bərpaolunan Enerji Agentliyinin Assambleyasının 13-cü Sessiyasında qəbul edilmiş qərara əsasən, Azərbaycan 2023-2024-cü illər üzrə IRENA Şurasına üzv seçilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://sia.az
archiveBu xəbər 11 Yanvar 2026 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see300

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see239

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see219

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see212

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see206

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see187

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see187

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see172

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see171

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see164

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see154

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see154

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see153

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see152

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see151

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see151

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see151

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see151

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see147

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri