Icma.az
close
up
RU
Menu

Paşinyanın “Atəşkəsi pozmaqda heç bir məqsədimiz yoxdur” açıqlamasının PƏRDƏARXASI: İrəvan nəyə nail olmağa çalışır? KONKRET

Əvəz Zeynallı cəzadan azad edilə bilər Vəkil

Ərdoğan: Suriyada sabitliyi pozmaq istəyən öz qarşısında Türkiyəni görəcək

Ukraynada sülhə mane olanların adları açıqlandı

Yusif İldırımzadə tutduğu vəzifədən azad edildi

Torpaq alanlara şad xəbər: Bələdiyyə “alveri” bitdi!

Xeyrımlı sakini: Əlimin zəhməti ilə tikdiyim ev indi mənə gözdağıdır

Zelenski danışıqları müsbət qiymətləndirib: Görüş davam edəcək

Müdafiə və milli təhlükəsizlik xərcləri açıqlandı

Manatın məzənnəsi qalxacaq? Rəsmi açıqlama

Bakıda sərnişin avtobusunun içinə su doldu Video KONKRET

Gələn il dövlət büdcəsinin proqnozlaşdırılan gəlir və xərcləri açıqlanıb

Keçmiş baş nazir öz sosial şəbəkəsini yaradır

“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin reqlamenti açıqlanıb

Azərbaycanda COVID 19 dan ən çox bu tarixdə yoluxma olub RƏSMİ

Zelenski ABŞ la faydalı qazıntı yataqlarına dair danışıqları müsbət qiymətləndirib

Azərbaycan üzgüçülük millisinin məşqçisi: “Çexiyada medal sayı daha çox ola bilərdi

Süni intellekt bədii yaradıcılığın inkişafında yeni səhifələr açır Əli Abbasov

Azərbaycanla Ermənistan münasibətləri Misirdə müzakirə olunub

Əli Əsədov Gürcüstan Prezidenti ilə görüşdü KONKRET

Aparıcı Qərb ölkələri Qlobal Cənubun suallarına cavab verməlidirlər: COP29un verdiyi imkanlardan niyə yararlanmadınız? Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Aparıcı Qərb ölkələri Qlobal Cənubun suallarına cavab verməlidirlər: COP29un verdiyi imkanlardan niyə yararlanmadınız? Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Azxeber.com saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu gün Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəflərin 29-cu Konfransı (COP29) başa çatır. 11 noyabrdan etibarən Bakı dünyanın iqlim paytaxtıdır, planetimiz yaşıl gələcək, dayanıqlı inkişaf naminə Azərbaycanda bir araya gəlib.

COP29 nə ilə fərqləndi?

COP29-un əsas özəlliyi ən inklyuziv konfrans olmasıdır, ev sahibi kimi Azərbaycan ada dövlətlərinin, Qlobal Cənub, Karib hövzəsi ölkələrinin, Afrika qitəsinin geniş təmsilçiliyini təmin etdi. COP29-da iştirak etmək üçün 76 min nəfər qeydiyyatdan keçdi və bu rekord göstəricidir. Azərbaycan mükəmməl təşkilatçılıq bacarıqları nümayiş etdirərək, müzakirələr, tədbirlər, danışıqlar, hər kəs üçün rahat, təhlükəsiz, funksional mühit yaratmağa nail oldu. Təsadüfi deyil ki, Azərbaycan COP tarixində Tədbirin Dayanıqlı İdarə Edilməsi və Təşkili kriteriyaları üzrə ISO 20121 sertifikatını tədbir bitmədən öncə alan ilk ölkə kimi tarixə düşdü.

COP-ların keçirilməsi təcrübəsində ilk dəfə Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə 100 ölkədən 500-dən çox QHT-ni birləşdirən COP29 QHT Koalisiyası yaradıldı. Koalisiyadakı QHT-lərin 84% Qlobal Cənub təmsilçiləridir.

Azərbaycanın COP-dakı sədrliyi qlobal Cənubun səsinin daha güclü eşidildiyi qlobal səhnə oldu, ada dövlətləri və xalqları ilk dəfə öz problemlərinin bəyanı üçün bu cür geniş imkanlar əldə etdilər.

Ölkəmiz beynəlxalq münasibətlərdə A liqasında yer almağa başladı

COP29 yüksək təşkilatçılıq səviyyəsi ilə seçildi, innovativ texnologiyalar tətbiq edildi, təhlükəsizlik, logistika, qonaqlama, kommunikasiya sahəsində bütün detallar düşünülmüşdü, ölkəmiz öz potensialını maksimum nümayiş etdirə bildi. Azərbaycan bu cür yükək təşkilatçılıq, ən yeni həllər tətbiq etməklə, yeni viziyonla, əlaçatanlığı, funksionallığı maksumum təmin edərək özünü müasir, dinamik inkişaf edən, dünya ilə ayaqlaşan ölkə kimi tanıtdı. Azərbaycan dünyanı narahat edən məsələlər, iqilim dəyişiklikləri, yaşıl keçid, qlobal logistika, müstəmləkəçiliyə qarşı mübarizə, Şimal-Qlobal dialoqu məsələlərində qlobal gündəliyin formalaşmasında rola, təsirə mali ölkə statusu əldə edərək strateji dəyərini, imkanlarını artırdı. Azərbaycanın dostlarının, ölkəmizin tərəfdaşlarının sayı artdı, 12 gün bütün dünya Azərbaycandan xəbər aldı. Müstəqillik dövrümüzün ən böyük tədbiri uğurla keçrildi və Azərbaycan Prezidentinin bəyan etdiyi kimi ölkəmiz beynəlxalq münasibətlərdə A liqasında yer almağa başladı.

Qlobal Cənub ölkələri aparıcı dövlətlərin iqtisadi rəqabətinin, geosiyasi ambisiyalarının girovuna çevriliblər

COP29 iqlim konfransı olmaqla yanaşı, həm də dünya güclərinin əsas oyunçu olduğu, mübarizə, rəqabət apardığı bir müstəvidir. COP29 müzakirə otaqları və plenar sessiya zalları heç də, qladiator arenasından fərqlənmir. Hər bir dövlət, ölkələr qrupu, lobbi qrupları, qlobal şirkətlər öz maraqlarını qorumağa çalışırlar. Xüsusən, iqlim dəyişikliklərinin fəsadlarının aradan qaldırılması və inkişaf etməkdə olan ölkələrin adaptasiyası, yaşıl keçidin maliyyələşdirilməsi məsələlərində ciddi fikir ayrılıqları mövcuddur. İnkişaf etmiş ölkələr İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası və Paris Sazişi ilə müəyyənləşmiş öhdəliklərindən yayınmağa çalışırlar. Eyni zamanda bu qrup ölkələr iqlim maliyyələşdirilməsindən sırf öz maraqlarının təmin olunması və öz gündəliklərinin qəbul olunması aləti kimi istifadə etməyə səy göstərirlər. İqlim maliyyələşdirilməsi çox vaxt inkişaf etməkdə olan, yaxud daha çox təhlükə ilə üzləşən ölkələrə münasibətdə təzyiq vasitəsi kimi istifadə edilir. Eyni zamanda, hazırda iqlim dəyişikliklərindən daha çox əziyyət çəkən ada dövlətləri, Afrika qitəsi, Karib hövzəsi, Cənubi Şərqi Asiya ölkələri aparıcı ölkələrin iqtisadi rəqabətinin, geosiyasi ambisiyalarının girovuna çevriliblər.

Aparıcı Qərb ölkələri iqlim öhdəliklərinə əməl etmək istəmirlər

COP29-da aparıcı ölkələrin, xüsusən Avropa İttifaqı və Bayden administrasiyasının birtərəfli, məsuliyyətsiz, qərəzli yanaşması özünü daha qabarıq göstərdi. COP29-da pərdələr qalxdı və bütün dünya ekologiyadan, yaşıl dünyadan pafosla danışan Avropa İttifaqı, Bayden administrasiyasının, Fransanın, Almaniyanın gerçək maraqlarını gördü. Onların yaşıl dünyanı deyil, daha çox yaşıl pul əskinası düşündüyünü hamı və hər kəs gördü. COP29 məhz qlobal Cənubun real ehtiyacları və Qlobal Şimalın etinasızlığı bütün COP-lardan daha aşkar şəkildə nümayiş olundu. Beləliklə, maliyyə hədəfinə nail olunmasına ümidlər azalır. Çünki, aparıcı ölkələrin fərqli hədəfləri, məqsədləri, oyunları var, onlar əvvəldən bu manipulyasiya prosesinə başlayıblar.

Bununla belə, ümidlər vardı ki, qlobal Cənub ölkələri ilə üzbəüz təmaslar, iqlim icmasının təşviqi və beynəlxalq təşkilatların, ən başlıcası BMT-nin yorulmaz səyləri Avropa İttifaqı, Bayden administrasiyasının, Fransanın, Almaniya, Kanada və digər ölkələrin qərəzli yanaşmasını dəyişə bilər. Xüsusən qlobal Cənubu təmsil edən iqlim icması, vətəndaş cəmiyyəti aparıcı ölkələrin əsrlər boyu çirkləndirdikləri, istismar etdikləri, tar-mar qoyduqları təbiəti, dünyanı təmizləməyə simiclik etməyəcəyinə ümid edirdilər. Çünki, onlar çox da yox, mimumum vəsait tələb edirdilər, illik donurma istehlakı üçün xərclənən vəsaitdən bir neçə dəfə çox, yaxud ABŞ-ın hərbi yardımlarından bir neçə dəfə artıq...Onlar bəyan edirdilər ki, bu aparıcı ölkələrin minnətlə verdiyi hədyyə deyil, cüzi kompensasiyadır. Çünki, ətraf mühiti məhz sənaye ölkələri ifrat çirkləndirib, indi də davam edirlər.

COP29-da isə artıq bütün maskalar düşdü və məlum oldu ki, aparıcı Qərb ölkələri öhdəliklərinə əməl etmək istəmirlər, qlobal Cənubla Şimal arasında səmərli dialoq qurulmasına çalışan, konfransın maksimum nəticə verməsi üçün bütün resurslarını səfərbər edən Azərbaycan isə məqsədli şəkildə hədəfə gətirilir. Bu qərəzli münasibət ötən il dekbar ayında Azərbaycanın ev sahibi olması barədə qərar verərkən başlamışdı, bütün hazırlıq dövründə davam etdi, indi isə daha güclənib.

Səhnəyə çıxmayan xanım Lyayen və səhnədən gedən cənab Bayden Qlobal Cənubun suallarına cavab verməlidir

Azərbaycan dəfərlərlə bəyan edirdi ki, bütün uğurlar kollektiv uğur olacaq, uğursuzluqlar da hamının məğlubiyyətidir. Ətraf mühit məsələlərini heç bir ölkə, ölkələr qrupu təkbaşına həll edə bilməz, qlobal çoxtərəfli əməkdaşlıq, öhdəliklər olmadan müsbət nəticələr mümkün deyil. Azərbaycan COP29 komandası yorulmadan, səylə çalışdı, lakin Avropa İttifaqı və Bayden administrasiyası öhdəliklərdən yayınmaq strategiyasına üstünlük verdilər. Avropa İttifaqı, Bayden administrasiyası maliyyə məqsədinə nail olunması məsələsində qətiyyətli mövqe sərgiləməyərək, təşəbbüskar olmayaraq əsas məsuliyyət daşıyan tərəflərdir. Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen məsuliyyətli davranış sərgiləmədi və Aİ-nin iqlim hədəf və vədlərinə uyğun siyasətin şahidi olmadıq. Bayden adminstrasiyası öz növbəsində iqlim gündəliyinə və ambisiyalarına sadiq qalmadı. Halbu ki, Ursula Fon der Lyayen özü Bakıya gələrək, təbii qazal təchizat məsələsində kömək göstərilməsini xahiş etmişdi. "Azərbaycan ümidimizdir" yazmışdı...Amma xanım Lyayen özü ümid olmadı... Təəssüf ki, planetar maraqlar, yaşıl dünya maraqları sırf siyasi maraqlara güzşətə gedildi. Qlobal Cənub ölkələrinə verilən vədlər, andlar unuduldu, Bayden adminstrasiyası seçilmiş prezident Trampa növbəti badalaq vurmağı üstün tutdu.

Dünyada iqlim təşəbbüskarlarından sayılan Almaniyanın XİN rəhbəri Annalena Berbökün səfəri isə tam tragikomediya janrında oldu. Xanım Berbök COP29-un son günü gələrək yəqin ki, hamını təəcübləndirən mesajlar verdi. "Yaşıllar" partiyasının təmsilçisi kimi ilqim icması ondan iqlim ambisiyalaırnı dəstəkləyəcək, öhdəlikləri vurğulayacaq bəyanatlar gözləyirdi. Xanım Berbökün maliyyə məqsədinə nail olmaq üçün qətiyyətli mövqe sərgiləcəyi gözlənilirdi. Almaniya XİN rəhbərinin səfəri isə Minsk qrupu həmsədrlərinin unudulmaz turneləri xatırlatdı.

Qlobal Cənub ölkələrinin sualları isə cavabsız qalıb. Onlar soruşmaqdan, tələb etməkdən yorulmayacaqlar, bu onlar üçün yaşam məsələsidir, gələcək məsələsidir. Onlar durmadan soruşacaqlar, niyə qlobal Şimal ölkələri məsuliyyətdən və öhdəliklərdən yayınırlar? Hansı haqla öhdəlikləri yerinə yetirmirlər? Günahkar kimlərdir?

Bu suallar aramsız sələnir və vziyyət gərginləşir, gerçək cavablar verilmədikdə qarşıdurma güclənir, Qlobal Cənubda narazılıq artır. COP29 ilqim həmrəylini möhkəmləndirmək, kollektiv uğura imza atmaq üçün unikal imkanlar ortaya qoydu. Prezident İlham Əliyev COP29 liderlər sammitində bu məsələləri xüsusilə vurğuladı, Azərbaycan üçün əsas məqsəd kollektiv uğura nail olmaqdır. Azərbaycan ev sahibliyi missiyasını qlobal töhfə kimi nəzərdən keçirir.

Xanım Lyayen isə səhnəyə çıxmadı və Qərb ölkələrində yanlış olaraq hesab edirlər ki, bununla məsuliyyətdən yaxa qurtarmaq mümkün olacaq. Bayden administrasiyası isə səhnədən məğlub gedir, halbuki, qlobal iqlim siyasəti və həmrəyliyinə, hərakatına misilsiz töhfə vermək imkanı yaranmışdı. İndi isə səhnəyə çıxmayan xanım Lyayen və səhnədən gedən cənab Bayden Qlobal Cənubun suallarına cavab verməlidirlər. COP29-un verdiyi imkanlardan niyə yararlanmadınız, ilqim vədlərinizə niyə sadiq qalmadınız? Ev sahibi kimi öz missiyasını uğurla yerinə yetirən, öz resurslarını əsirgəməyən Azərbaycana qarşı niyə qarayaxma kamapaniyası aparılır?

Çıxış yolu varmı?

Çıxış yolu, həmişə var. COP29-da aparılmış müzakirələr, nəzərdən keçirilən həllər məsuliyyətli və tarixi qərarların qəbulu üçün güclü təməl yaradıb. Avropa İttifaqı İqlim sammiti keçirərək bu qərarları verə bilər. Əsas məsələ öhdəliklərin icrası ilə əlaqədar qərarların qəbuludur, məkan, ünvan vacib deyil, başlıca məqsəd ilqim həmrəyliyinə nail olmaq, strateji çağırışlara vaxtında cavab verməkdir.

Zaur İbrahimli

 "Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri, politoloq

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 23 Noyabr 2024 21:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın “Atəşkəsi pozmaqda heç bir məqsədimiz yoxdur” açıqlamasının PƏRDƏARXASI: İrəvan nəyə nail olmağa çalışır? KONKRET

15 Aprel 2025 18:32see193

Əvəz Zeynallı cəzadan azad edilə bilər Vəkil

15 Aprel 2025 18:44see166

Ərdoğan: Suriyada sabitliyi pozmaq istəyən öz qarşısında Türkiyəni görəcək

15 Aprel 2025 20:13see141

Ukraynada sülhə mane olanların adları açıqlandı

16 Aprel 2025 01:09see141

Yusif İldırımzadə tutduğu vəzifədən azad edildi

16 Aprel 2025 03:26see132

Torpaq alanlara şad xəbər: Bələdiyyə “alveri” bitdi!

15 Aprel 2025 21:20see129

Xeyrımlı sakini: Əlimin zəhməti ilə tikdiyim ev indi mənə gözdağıdır

16 Aprel 2025 01:38see129

Zelenski danışıqları müsbət qiymətləndirib: Görüş davam edəcək

15 Aprel 2025 20:14see127

Müdafiə və milli təhlükəsizlik xərcləri açıqlandı

16 Aprel 2025 00:19see124

Manatın məzənnəsi qalxacaq? Rəsmi açıqlama

16 Aprel 2025 00:13see124

Bakıda sərnişin avtobusunun içinə su doldu Video KONKRET

16 Aprel 2025 10:18see122

Gələn il dövlət büdcəsinin proqnozlaşdırılan gəlir və xərcləri açıqlanıb

15 Aprel 2025 22:10see122

Keçmiş baş nazir öz sosial şəbəkəsini yaradır

16 Aprel 2025 00:30see120

“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin reqlamenti açıqlanıb

16 Aprel 2025 10:19see120

Azərbaycanda COVID 19 dan ən çox bu tarixdə yoluxma olub RƏSMİ

16 Aprel 2025 03:01see119

Zelenski ABŞ la faydalı qazıntı yataqlarına dair danışıqları müsbət qiymətləndirib

15 Aprel 2025 19:33see117

Azərbaycan üzgüçülük millisinin məşqçisi: “Çexiyada medal sayı daha çox ola bilərdi

15 Aprel 2025 19:37see115

Süni intellekt bədii yaradıcılığın inkişafında yeni səhifələr açır Əli Abbasov

16 Aprel 2025 18:09see113

Azərbaycanla Ermənistan münasibətləri Misirdə müzakirə olunub

15 Aprel 2025 18:43see113

Əli Əsədov Gürcüstan Prezidenti ilə görüşdü KONKRET

15 Aprel 2025 23:24see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri