Icma.az
close
up
RU
Apellyasiyanın nəticələri elan olunmadan müəllimlərin əmək müqaviləsinə xitam verilib Elşən Qafarov

Apellyasiyanın nəticələri elan olunmadan müəllimlərin əmək müqaviləsinə xitam verilib Elşən Qafarov

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

"Sertifikasiyanın nəticələri ilə bağlı narazılıqlar səbəbsiz deyil. Mətnlərin həddindən artıq böyük olması, Kimya suallarının olimpiada tipli olması, bəzi sualların sızdırılması və s".

Bu fikirləri Redaktor.az-a təhsil eksperti Elşən Qafarov orta məktəb müəllimlərinin sertifikasiya imtahanları ilə bağlı səsləndirilən narazılıqlardan danışarkən bildirdi.

"Eyni zamanda imtahan zallarında işığın sönməsi, texniki problemlər birbaşa nəticəyə təsir edən amillərdir. Birmənalı şəkildə 2025-ci il sertifikasiya imtahanı göstərdi ki, Elm və Təhsil Nazirliyi nə sertifikasiya, nə də digər imtahanları keçirmək qabiliyyətində deyil. Bütün imtahanlar Elm və Təhsil Nazirliyindən alınıb DİM-ə verilməlidir. Apellyasiyanın nəticələri elan olunmadan müəllimlərin əmək müqaviləsinə xitam verilib. Bu, qanunvericiliyin birbaşa pozulmasıdır. Apellyasiyaya müraciət zamanı 30 gün gözlənilməlidir", - o, qeyd etdi.

Ekspert bildirdi ki, apellyasiya nəticələri elan olunduqdan sonra müəllimlərin işinə xitam verilməli idi.

"Nəticə ilə tələm-tələsik xitam vermək göstərir ki, Elm və Təhsil Nazirliyində rəhbər işçilərin məqsədi narazılığı artırmaqdır. Nazir yalançı bəyanat verir ki, araşdıracağıq. Necə araşdıracaqsınız ki, apellyasiyaya müraciət edən şəxslərin cavabları bilinməmiş işlərinə xitam verilib? Bəlkə müraciətlər doğrudur? Ən böyük məsələ təhsil idarə orqanları məktəb direktorlarının vasitəsilə müəllimlərə təzyiq edərək, işdən azad olunanların bir də heç yerdə işləyə bilməyəcəyi ilə bağlı yalan məlumat yayırlar. Nəticədə onların ərizələri alınır. Sertifikasiyadan kəsilən hər 10 nəfərin 8-dən ərizə alınır ki, onlar könüllü şəkildə gedirlər. Nəticə elan olunduqda kiçik rəqəm göstərəcəklər. Elan olunan rəqəmdən 3-4 dəfə çox kəsilənlər olacaq. Elm və Təhsil Nazirliyinin tədbir görəcəyinə inanmıram. Tək yol məhkəməyə müraciətdir", - deyə Elşən Qafarov vurğuladı.

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 01 İyul 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see213

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see210

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see195

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see195

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see178

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see158

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see156

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see153

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see151

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see142

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri