Icma.az
close
up
RU
APEX arenasında sınanmış iradə: Stiv Qarsiya, David Onama və Ante Deliya Döyüş yolu və gələcək iddialar

APEX arenasında sınanmış iradə: Stiv Qarsiya, David Onama və Ante Deliya Döyüş yolu və gələcək iddialar

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Noyabrın 1-dən 2-ə keçən ABŞ-də Las-Veqasın APEX arenası yenidən adrenalin və intizamın birləşdiyi məkana çevriləcək. UFC-nin bu gecəki turnirində əsas döyüş, yarımyüngül çəki (66 kq) divizionunda iki səssiz, amma təhlükəli döyüşçü arasında olacaq - Stiv Qarsiya və David Onama.

Stiv Qarsia 22 may 1992-ci ildə ABŞ-nin Nyu-Meksiko ştatında, döyüşçüləri və sərt həyat tərzi ilə tanınan Albukerke şəhərində anadan olub. Bu şəhər uzun illərdir ki, döyüş sənətinin beşiyinə çevrilib - burada Con Cons, Holli Holm və Donald Serrone kimi adlar formalaşıb. Məhz bu mühitdə yetişmək Qarsiyanı döyüş psixologiyasına uyğunlaşdırıb.

O, əvvəllər "Bellator" və LFA kimi liqalarda çıxış edib. Hər dəfə geri qayıdanda bir az daha dözümlü, bir az daha soyuqqanlı olurdu. UFC-yə gedən yolu isə asan deyildi - çətinlik, məğlubiyyət və şübhələr dövrü. Amma o, döyüşdən qaçmadı, əksinə, onu öz kimliyinə çevirdi.

Qarsiya texniki baxımdan zərbəçi olsa da, onun əsas gücü psixoloji sabitliyindədir. Çətin vəziyyətlərdə sakit qalmaq və döyüş ritmini dəyişmək bacarığı onu fərqləndirir. Hal-hazırda reytinqdə 12-ci pillədə olan Stiv, əgər bu qələbəni inandırıcı şəkildə qazansa, ilk onluğa girmək və gələcəkdə həmin çəki kateqoriyasında çempion olan Volkanovskiyə yaxınlaşmaq şansını artıracaq.

David Onama 2 iyun 1994-cü ildə Uqandanın Kampala şəhərində doğulub. Kampala Afrikanın mədəniyyət və hərəkət mərkəzlərindən biridir, enerjisi və insan ruhunun inadkarlığı ilə tanınır. Uqandadan UFC-yə yüksəlmək isə çox az insanın bacardığı bir yoldur. Onama üçün bu, sadəcə idman deyil, bütün bir xalqın təmsilçiliyi deməkdir.

Gəncliyində maddi çətinliklər, məhdud imkanlar, təlim üçün şəraitin azlığı - bunların hamısı Onamanın xarakterini bərkidib. ABŞ-yə köçdükdən sonra o, MMA dünyasında öz adını yavaş-yavaş formalaşdırdı. Hər döyüşündə az danışır, amma qəfəsdə çox şey göstərir.

Onamanın stili güclü əzələlərə əsaslanan təzyiq, zərbələrin ardıcıllığı və ritmin qəfil dəyişməsidir. Bu, onu təhlükəli və proqnozlaşdırılması çətin rəqibə çevirir. Hazırda 13-cü pillədə qərarlaşan David, qələbə qazanarsa, öz adını qlobal səviyyədə tanıtmaq üçün yeni mərhələyə keçəcək. Onun hədəfi təkcə Volkanovskiyə yaxınlaşmaq deyil, Afrikanın MMA tarixində iz qoymaqdır.

Ante Deliya 13 iyul 1990-cı ildə Xorvatiyanın Dubrovnik şəhərində doğulub. Dubrovnik - tarixi divarları, Aralıq dənizi ruhu və inadkar insanları ilə tanınır. Bu şəhər həm gözəlliyi, həm də dözümlülüyü ilə fərqlənir. Deliya da məhz bu ruhun cismə bürünmüş halıdır.

Onun Martsin Tıbura ilə münasibəti isə illər öncədən başlayır. Təxminən on il əvvəl, UFC-dən kənarda bu iki döyüşçü artıq bir-biri ilə qarşılaşmışdı, o zaman qalib gələn Tıbura olmuşdu. Lakin illər keçdi, Deliya bərkidi, təcrübə topladı və bu dəfə, sentyabrın 6-da Parisdə həmin rəqibini məğlub edərək hekayəsini tamamladı. Bu qələbə təkcə revanş deyildi, həm də öz keçmişinə qalib gəlmək idi.

O, uzun illər Avropa liqalarında çıxış etdi, PFL turnirində isə ad qazandı. Döyüş üslubu balanslı, amma sərtdir, klassik Xorvatiya döyüş məktəbi kimi o da soyuqqanlı, amma aqressivdir. Hələ debüt döyüşündə Martsin Tıbura kimi təcrübəli rəqibi məğlub etməsi, Deliyanın potensialını açıq göstərdi.

Xorvatiya döyüşçüləri ilə tanınan bir ölkədir: Mirko "Cro Cop" Filipoviç kimi adlar bu ölkənin döyüş genini formalaşdırıblar. Deliya həmin genin yeni simasıdır - səssiz, amma əzmkar. İndi o, UFC-də ağır çəkidə irəliləyərək öz yerini təsdiqləməyə çalışır. Qalib gələrsə, top-15 sıralamasına daxil olmaqla yanaşı, gələcəkdə çempionluq iddiasına doğru real addım atmış olacaq.

Bu turnir sanki "yenilərin meydanı" kimidir. Burada təkcə qələbə deyil, öz adını gələcəyə həkk etdirmək uğrunda mübarizə gedəcək. Steve Qarsia və David Onama - 66 kq-da növbəti addımı atmaq üçün, Ante Deliya isə ağır çəkidə öz adını möhkəmləndirmək üçün qəfəsə çıxacaq.

APEXdə bu həftə yalnız zərbələr səslənməyəcək - bu, həm də dözümün, səbrin və səssiz inamın səsi olacaq.

Bünyad Qaraxanlı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:89
embedMənbə:https://oxu.az
archiveBu xəbər 01 Noyabr 2025 22:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see640

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see272

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see245

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see229

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see215

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see194

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see188

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see184

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see177

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see171

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see164

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see160

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see151

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see150

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see145

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see141

“Qarabağ”ın qapıçısı Çempionlar Liqasında ilk “10 luq”da yer alıb

01 Fevral 2026 08:37see139

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see138

İsrailin Qəzzanı tamamilə ələ keçirmək planı qüvvədədir ŞƏRH

01 Fevral 2026 09:35see138

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri