Icma.az
close
up
RU
Merts: Avropa iqtisadiyyat və müdafiə sahəsində daha müstəqil olmalıdır

Merts: Avropa iqtisadiyyat və müdafiə sahəsində daha müstəqil olmalıdır

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Almaniya kansleri Fridrix Merts qlobal çağırışlar və sarsıntılar fonunda Avropanın iqtisadiyyat, müdafiə və texnologiya sahələrində daha müstəqil olmasının vacibliyini bəyan edib.

Teleqraf xəbər verir ki, Merts bu fikirləri “Deutsche Börse” şirkətinin Eşborn şəhərində keçirdiyi qəbul zamanı səsləndirib.

Onun sözlərinə görə, hazırda dünya ən yüksək siyasi qeyri-müəyyənlik və sabitliyin pozulduğu mərhələdən keçir və bu, dərin dönüş nöqtəsidir. Kansler bildirib ki, beynəlxalq arenada getdikcə daha çox güc mərkəzləri formalaşır və bu dövlətlər bəzən qaydaları pozmaqla güc siyasəti yürüdür.

Almaniya kansleri vurğulayıb ki, avropalılar birlikdə və qətiyyətlə hərəkət etsələr, qlobal proseslərə təsir göstərə və gözlədiklərindən daha böyük nəticələr əldə edə bilərlər. Onun sözlərinə görə, Avropa özünü müstəqil şəkildə müdafiə edə bilməli, Avropa biznesi üçün daha rəqabətqabiliyyətli şərait yaratmalı və texnoloji baxımdan kənar asılılıqları azaltmalıdır.

Merts qeyd edib ki, transatlantik münasibətlər dəyişib və bu, təəssüf doğurur. Bununla belə, onun fikrincə, keçmişə nostalji ilə baxmaq mövcud problemlərin həllinə kömək etməyəcək. Kansler hesab edir ki, Avropa qlobal transformasiya dövründə öz rolunu oynamaq üçün təşəbbüsü indidən ələ almalıdır.

Eyni zamanda Fridrix Merts Avropa İttifaqında vahid kapital bazarının yaradılmasının vacibliyini də vurğulayıb. Onun sözlərinə görə, avropalılar bu bazarın formalaşmasına mane olan baryerləri aradan qaldırmalı və bununla da rəqabət qabiliyyətini artırmalıdır. Kansler bildirib ki, açıq və inkişaf etmiş Avropa kapital bazarı gələcəkdə perspektivli və inkişaf edən gənc şirkətlərin ABŞ fond bazarları deyil, məhz Avropa və Almaniya birjalarına çıxmasına imkan yaradacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://sherg.az
archiveBu xəbər 03 Fevral 2026 05:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see331

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see316

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see313

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see296

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see296

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see294

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see281

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see259

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see249

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see244

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see242

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see241

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see233

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see229

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see210

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see190

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see188

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see174

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri