Icma.az
close
up
RU
APL ə iddialı klubdan açıqlama: “Güclü komanda formalaşdıracağıq”

APL ə iddialı klubdan açıqlama: “Güclü komanda formalaşdıracağıq”

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

“İmişli” Azərbaycan I Liqasında 17 turdan sonra 30 xalla 3-cü sıradadır. Komanda lider “Qəbələ”dən 15, ikinci “Karvan”dan 3 xal geri qalır.

Premyer Liqaya namizədlərdən olan bölgə təmsilçisi son turda gözlənilmədən “Mingəçevir”ə məğlub olub (0:1).

Klubun icraçı direktoru Aqşin Mürsəlov “Futbolpress.az“-a açıqlamasında komandanın çıxışını dəyərləndirdi:

“Komandanın çıxışından narazı deyilik. Əsas narazılığımız hakim idarəçiliyi ilə bağlıdır. “Mingəçevir”lə oyunda verilən qərarlar hakimin qərəzli oyun idarə etməsinə şübhə yaradıb. Hədəfimiz yuxarı pillələrdə yer almaqdır və bununçün əlimizdən gələni edəcəyik. Hakimlərin rəqibə kömək etdiyi iddia etmək fikrində deyiləm. Lakin qərarlar insanı düşürməyə vadar edir. Əslində, bütün turlar belə hallar baş verir. Futbol ictimaiyyətini belə məsələlərdə bir olmağa, bu kimi halların qarşısını almağa səsləyirəm”.

“İmişli” Premyer Liqaya namizədlərdəndir. Mürsəlov komandanın elita şanslarından söz açdı:

“Çempionatda gərgin mübarizə gedir. Bütün komandalar sona qədər mübarizə aparacaq və asan olmayacaq. Əminəm ki, çempionatı “üçlük”də bitirəcəyik. Lisenziya ilə bağlı da problemimiz yoxdur. Elitada olsaq, komandanı gücləndirməklə bağlı planlarımız var. Premyer Liqada Aran zonasını təmsil edəcək güclü komanda formalaşdıracağıq”.

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 11 Mart 2025 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see455

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see340

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see287

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see281

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see239

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see238

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see234

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see231

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see224

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see224

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see219

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see218

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see216

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see215

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see208

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see199

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see188

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see174

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see174

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri