Icma.az
close
up
RU
Apple qatlana bilən smartfonun təqdimatını təxirə salacaq

Apple qatlana bilən smartfonun təqdimatını təxirə salacaq

Oxumeni.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Apple qatlana bilən smartfonun təqdimatını təxirə salacaq

Apple, görünür, ilk qatlana bilən iPhone-unun buraxılış tarixlərini yenidən nəzərdən keçirir. Oxuməni.az “Bloomberg”-in yazdığına istinadla xəbər verir ki, cihaz üzərində işlər çətin gedir və mühəndislər daim yeni texniki çətinliklərlə qarşılaşırlar.

Adətən şirkətin daxili işlərindən xəbərdar olan Mark Gurman bildirir ki, qatlana bilən iPhone hazırlamaq adi smartfon yığmaqla eyni deyil. Onun sözlərinə görə, təqdimat bu payızda keçirilsə belə, cihaz dərhal mağazalarda satışa çıxmayacaq. Böyük ehtimalla, elan və real satışlar arasında bir neçə ay keçəcək.

Mark Gurman izah edib: "Qatlana bilən telefonların istehsalı çox mürəkkəb bir işdir."

Hazırda əsas problem ekrandır. Apple istəyir ki, iOS interfeysi ekranda mükəmməl görünsün və qatlanma yeri demək olar ki, görünməsin. Hələlik lazımi hamarlıq və etibarlılığa nail olmaq mümkün olmayıb. Nəticədə plan belədir: əvvəlcə adi iPhone 18 Pro və 18 Pro Max-ı görəcəyik, sonra isə konstruksiya tam hazır olduqda qatlana bilən model buraxılacaq.

Gurman xatırladıb ki, Apple heç vaxt "bazarın ilk iştirakçısı" statusuna tələsməyib. Onlar üçün daha vacib olan, əldə qırılmayacaq bir məhsul hazırlamaqdır. 2017-ci ildə iPhone X ilə də belə idi – rəqiblərdə çərçivəsiz ekran daha əvvəl peyda olmuşdu, lakin Apple texnologiya sabitləşənə qədər gözlədi. Yeri gəlmişkən, insayder Fixed Focus Digital əlavə edib ki, kameranı displeyin altına gizlətmək də hələlik alınmayıb, buna görə də Dynamic Island kəsiyi daha bir neçə nəsil bizimlə qalacaq.

Almaz Həsənli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:195
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 30 Mart 2026 11:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see348

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see346

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see337

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see336

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see320

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see315

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see303

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see301

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see300

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see297

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see287

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see286

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see269

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see267

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see259

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see254

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see239

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see234

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri