Icma.az
close
up
RU
Apple qulaqlıqlara kamera yerləşdirəcək

Apple qulaqlıqlara kamera yerləşdirəcək

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Apple" süni intellekt imkanlarını genişləndirmək üçün qeyri-adi bir məhsul üzərində çalışır.

Modern.az xəbər verir ki, “The Verge” platformasına istinadən bildirir ki, Bloomberg-in məşhur insayder jurnalisti Mark Gurman tərəfindən paylaşılan məlumata görə, şirkətin kameralı AirPods modeli artıq erkən kütləvi istehsal mərhələsinə yaxınlaşıb. Hazırda Apple daxilində test istifadəçiləri bu prototipləri aktiv şəkildə sınaqdan keçirirlər.

Məlumata əsasən yeni AirPods modellərində yerləşdirilən kameralar foto və ya video çəkmək üçün nəzərdə tutulmayacaq. Əsas məqsəd ətraf mühitdən vizual məlumat toplamaq və bunu Siri ilə inteqrasiya etməkdir. Məsələn istifadəçi masadakı ərzaqları AirPods vasitəsilə Siri-yə “bunlardan nə bişirə bilərəm?” kimi sual verə biləcək. Sistem aşağı keyfiyyətli görüntünü analiz edib cavab təqdim edəcək. Bununla yanaşı kameraların naviqasiya zamanı istiqamət göstərmək kimi funksiyalarda da istifadə olunacağı bildirilir.

Yeni model dizayn baxımından Apple AirPods Pro 3 modelinə bənzəyəcək. Lakin kameraların yerləşdirilməsi səbəbindən qulaqlığın sap hissəsi daha uzun olacaq. Bundan əlavə cihazda kiçik LED indikator yerləşəcək. Bu işıq istifadəçiyə vizual məlumatların bulud sisteminə göndərildiyini göstərəcək.

 Əvvəlcə Apple bu AirPods modelini 2026-cı ilin ilk yarısında təqdim etməyi planlaşdırırdı. Lakin şirkətin yeni Siri sistemində yaranan gecikmələr səbəbindən tarix dəyişdirilib. Hazırda yenilənmiş Siri-nin sentyabr ayında istifadəyə veriləcəyi gözlənilir. Buna görə də kameralı AirPods-un da həmin dövrdə təqdim olunacağı ehtimal edilir.

    Apple-ın AI əsaslı yeni cihaz strategiyası şirkəti Meta ilə birbaşa rəqabətə aparır. Meta artıq ağıllı eynəkləri ilə bazarda ciddi uğur qazanıb. Digər tərəfdən OpenAI şirkətinin də AI yönümlü smartfon üzərində işlədiyi iddia olunur. Bloomberg-in məlumatına görə Apple gələcəkdə ağıllı eynəklər və AI boyun aksesuarı üzərində də çalışır və bu məhsullar 2027-ci ildə təqdim oluna bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 May 2026 05:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see449

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see413

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see360

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see222

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see219

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see216

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see206

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see203

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see202

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see190

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see183

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see177

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see171

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see163

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see163

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see163

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see162

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see162

Ukraynada qadınların hərbi qeydiyyatı və səfərbərliyi an məsələsidir

09 Oktyabr 2026 03:05see161

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri