Icma.az
close
up
RU
Vətən müharibəsi şəhidi anılıb

Vətən müharibəsi şəhidi anılıb

Icma.az, Ayna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Elvin Şükürlünün anım mərasimi keçirilib

Yanvarın 22-də Hərbi Memorial Məzarlıqda Vətən müharibəsi şəhidi leytenant Elvin Şükürlünün anım mərasimi olub. AYNA.AZ xəbər verir ki, mərasimdə Müdafiə Nazirliyinin, Xətai Rayon İcra Hakimiyyətinin, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, müharibə veteranları, qazilər, məktəblilər iştirak ediblər.

Şəhidin məzarı üzərinə tər güllər düzülüb, əklil qoyulub, ruhuna dualar oxunub.

Tədbirdə çıxış edənlər 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun keçdiyi Zəfər yolundan bəhs edib, Elvin Şükürlü kimi qəhrəman oğulların cəsarəti və misilsiz şücaəti sayəsində ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu diqqətə çatdırıblar. Xalqımızın şəhidləri heç zaman unutmayacağı, onların şərəfli döyüş və həyat yolunu nəsillərdən-nəsillərə örnək kimi çatdıracağı vurğulanıb.

Sonra 221 nömrəli məktəbdə şəhidin adını daşıyan sinfin şagirdləri şeirlər səsləndiriblər.

Qeyd edək ki, şəhid leytenant Elvin Şükürlü 1997-ci il iyunun 14-də Füzuli rayonunda hərbçi ailəsində anadan olub. O, əslən Cəlilabad rayonundandır. Atasının hərbçi olması Elvinin də, qardaşı Elnurun da həyatına təsirsiz ötüşməyib. Hər iki qardaş atalarının yolunu davam etdiriblər. Ataları Azad Şəkərov isə ehtiyatda olan kapitandır, Birinci Qarabağ müharibəsi iştirakçısı və veteranıdır.

Elvin Şükürlü hərbi sahəyə ilk addımı 2011-2014-cü illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil almaqla atıb. 2014-2018-ci illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində motoatıcı ixtisası üzrə təhsil alıb. Leytenant rütbəsinə yüksəldikdən sonra Daşkəsəndə yerləşən “N” saylı hərbi hissədə dağatıcı taqım komandiri kimi xidmətə başlayıb. Sonradan tank əleyhinə taqım komandiri vəzifəsində xidmət etsə də, yenidən öz istəyi ilə ön xətt taborlarında dağatıcı taqım komandiri vəzifəsində xidmətini davam etdirib. Vətən müharibəsinin ilk günündən bir hərbçi kimi ön sıralarda olan Elvin Şükürlü döyüş yoldaşları ilə birlikdə düşmənin Kəlbəcərdəki “Üçtəpələr” postunu tutur. İki gün postu özlərində saxlayan döyüşçülərimiz sentyabrın 28-də düşmənin əks-hücumu ilə üzləşirlər. Post uğrunda gedən qızğın döyüşlər zamanı Elvin Şükürlü aldığı güllə yarasından şəhidlik zirvəsinə ucalır. Lakin uzun müddət itkin olan leytenantın cənazəsi 2021-ci ilin yanvarında tapılır. Şəhid leytenant 2021-ci il yanvarın 22-də Hərbi Memorial Məzarlıqda (II Fəxri xiyaban) torpağa tapşırılır.

Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə leytenant Elvin Şükürlü ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Kəlbəcərin azad olunmasına görə”, “Şücaətə görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:228
embedMənbə:https://ayna.az
archiveBu xəbər 22 Yanvar 2026 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see536

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see255

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see242

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see232

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see228

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see214

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see213

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see204

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see198

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see196

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see189

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see188

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see184

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see182

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see180

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see178

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see176

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see174

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see170

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri