Icma.az
close
up
RU
Aprel döyüşləri 44 günlük müharibəyə aparan strateji yoldur

Aprel döyüşləri 44 günlük müharibəyə aparan strateji yoldur

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

2016-cı ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları – tarixə “Aprel döyüşləri” kimi düşən dörd günlük savaş – ölkəmizin müasir hərb tarixində keyfiyyətcə yeni mərhələnin başlanğıcı oldu. Bu hadisə təkcə lokal hərbi uğur kimi deyil, həm də Azərbaycanın hərbi gücünün, siyasi iradəsinin və xalq–ordu birliyinin real təzahürü kimi qiymətləndirilməlidir. Aprel döyüşləri uzun illər davam edən status-kvonun sarsıdılması, Ermənistanın işğal siyasətinə qarşı konkret və nəticəyönümlü cavab idi. Azərbaycan Ordusu qısa müddət ərzində strateji əhəmiyyətə malik mövqeləri azad edərək, düşmənə ciddi zərbələr endirdi və sübut etdi ki, ölkəmizin ərazi bütövlüyü məsələsi heç vaxt unudulmayıb və hər an bərpa edilə bilər. Bu əməliyyatlar zamanı əldə olunan ən mühüm uğurlardan biri Füzuli rayonu istiqamətində yerləşən Lələtəpə yüksəkliyinin azad olunması oldu.

Lələtəpənin nəzarətə götürülməsi yalnız hərbi baxımdan deyil, həm də psixoloji və strateji baxımdan böyük əhəmiyyət daşıyırdı. Bu yüksəklik ətraf ərazilərə tam nəzarət imkanı yaratmaqla yanaşı, Azərbaycan Ordusunun hücum potensialını və planlı fəaliyyət qabiliyyətini nümayiş etdirdi. Lələtəpənin azad edilməsinin ardınca Cocuq Mərcanlı kəndinin bərpası və həyatın ora qaytarılması xüsusi qeyd olunmalıdır. Bu, dövlət siyasətinin əsas prioritetlərindən biri olan “Böyük Qayıdış” ideyasının ilk real nümunələrindən biri kimi tarixə düşdü. Uzun illər işğal təhlükəsi altında yaşayan ərazilərə həyatın qayıtması həm məcburi köçkünlər üçün böyük ümid, həm də beynəlxalq ictimaiyyət üçün açıq mesaj idi: Azərbaycan öz torpaqlarında bərpa və quruculuq işlərini həyata keçirməyə qadirdir. Aprel döyüşləri, eyni zamanda, Azərbaycan xalqının sarsılmaz birliyini bir daha nümayiş etdirdi. Cəbhədə döyüşən əsgər və zabitlərə arxa cəbhədə xalqın verdiyi dəstək, milli həmrəyliyin ən parlaq nümunəsi oldu. Bu birlik dövlətin gücünü daha da möhkəmləndirdi və düşmənə qarşı mübarizədə əlavə üstünlük yaratdı.

Bütün bu uğurların arxasında isə Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin qətiyyətli liderliyi və uzaqgörən siyasəti dayanırdı. Onun rəhbərliyi ilə həyata keçirilən ordu quruculuğu, müasir silahlanma, peşəkar kadr hazırlığı və strateji planlaşdırma Aprel döyüşlərində öz real nəticəsini verdi. Bu əməliyyatlar göstərdi ki, Azərbaycan Ordusu artıq yeni keyfiyyət mərhələsinə qədəm qoyub və istənilən tapşırığı yüksək peşəkarlıqla yerinə yetirməyə qadirdir. Aprel döyüşlərinin ən mühüm nəticələrindən biri isə 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsinə yaratdığı zəmin oldu. Bu döyüşlər bir növ sınaq, kəşfiyyat və hazırlıq mərhələsi kimi çıxış etdi. Həm taktiki, həm də strateji baxımdan əldə olunan təcrübə sonrakı hərbi əməliyyatlarda geniş şəkildə tətbiq olundu. Eyni zamanda, Aprel döyüşləri Ermənistan ordusunun mifləşdirilmiş “məğlubedilməzlik” imicini darmadağın etdi və regionda qüvvələr balansının dəyişdiyini açıq şəkildə göstərdi. Bununla yanaşı, Aprel döyüşləri beynəlxalq müstəvidə də mühüm siqnallar verdi.

Azərbaycan nümayiş etdirdi ki, münaqişənin həllində sonsuz gözləmə mövqeyi tutmaq niyyətində deyil və lazım gəldikdə öz gücünə arxalanaraq ədaləti bərpa etməyə qadirdir. Bu, diplomatik danışıqlarda ölkəmizin mövqelərini daha da gücləndirdi. Bu gün Aprel döyüşlərinin 10 illiyi qeyd olunarkən, həmin hadisələrə yalnız keçmişin bir epizodu kimi deyil, Zəfərə aparan yolun başlanğıcı kimi baxılmalıdır. 2016-cı ildə qazanılan uğurlar 2020-ci ilin möhtəşəm Qələbəsinin ideoloji, psixoloji və hərbi təməlini formalaşdırdı. Son olaraq bildirməliyik ki, Aprel döyüşləri Azərbaycan dövlətinin gücünün, xalqının birliyinin və liderliyinin vəhdətindən doğan tarixi bir mərhələdir. Bu mərhələ göstərdi ki, milli iradə, güclü ordu və qətiyyətli rəhbərlik bir araya gəldikdə ən mürəkkəb problemlərin belə həlli mümkündür. Azərbaycanın əldə etdiyi Zəfər isə bu yolun məntiqi nəticəsi və tarixi ədalətin bərpasıdır.


Tahir Mirkişili
Milli Məclisin deputatı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://modern.az
archiveBu xəbər 02 Aprel 2026 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see743

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see307

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see287

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see280

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see276

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see263

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see252

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see249

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see246

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see242

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see230

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see218

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see210

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see206

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see206

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see205

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see201

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see199

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see197

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri