Icma.az
close
up
RU
Menu

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

SOCAR maaşları 20% artırdı

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

Yaşar Nurinin qızı dünyasını dəyişib

Azərbaycanda bu tarixdə qar yağacaq: temperatur 0 dərəcəyə enəcək XƏBƏRDARLIQ

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

Sürücülük vəsiqəsi almaq üçün yezda imtahanı nda yenilik Bundan sonra...

“Süni intellekt “insan kimi görməyi” öyrənib: mənanı anlamağa başlayır“ Elmi tədqiqat

İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb VİDEO

“İran daxilində böhran daha da gərginləşir“ İsrail mətbuatı

Dünyanın ən nəhəng abidələri

Aprel döyüşləri44 günlük Vətən müharibəsinə aparan şanlı yoldur ANALİZ

Aprel döyüşləri44 günlük Vətən müharibəsinə aparan şanlı yoldur ANALİZ

Icma.az, Sherg.az saytına istinadən bildirir.

2016-cı ilin aprel döyüşləri müasir Azərbaycanın hərb tarixində xüsusi bir yerə sahibdir. Bu döyüşlər, Ermənistanın təxribatlarına qarşı Azərbaycan Silahlı Qüvvələrinin göstərdiyi igidlik və peşəkarlıqla yanaşı, ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizənin simvolu oldu. 1-2 aprel gecəsi başlayan və dörd gün davam edən bu müharibə, Azərbaycanın gücünü, əzmini və birliyini bir daha bütün dünyaya nümayiş etdirdi. Azərbaycanın hərb tarixində qızıl hərflərlə yazılan aprel zəfəri həm də bir mesaj oldu: Azərbaycanın şanlı ordusu, düşmənin istənilən təxribatına cavab vermək üçün hər zaman hazırdır. Aprel döyüşləri, yalnız hərbi zəfər olmaqla qalmayıb, həm də Azərbaycanın Vətən müharibəsində əldə edəcəyi uğurların ilkin başlanğıcı oldu. Bu döyüşlərdə əldə edilən uğurlar, 2020-ci ildəki 44 günlük Vətən müharibəsinə gedən yolu açdı və Azərbaycan xalqının qətiyyətli iradəsini bir daha göstərmişdir.


Aprel döyüşləri barəsində AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, ADPU-nun Şamaxı filialının dosenti, Tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı Sherg.az-a açıqlama verib:


"Müasir Azərbaycanın hərb tarixində aprel döyüşləri kimi tarixə düşən 4 günlük müharibə 2016-cı ilin aprel 1-dən 2-nə keçən gecə təcavüzkar Ermənistan Silahlı qüvvələrinin təxribatının şanlı ordumuz tərəfindən qanı, canı və döyüş qabiliyyəti hesabına əldə olunan zəfər günlərimizdən biridir.

2016-cı ilin aprelin 2-də erkən saatlarda  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan ABŞ-da Nüvə Təhlükəsizliyi Sammitindən səfərdən qayıtdıqları zaman təmas xəttinin şimal-şərq, şərq və cənub-şərq sahələrində geniş miqyaslı döyüşlər baş verib. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yaydığı məlumata görə 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu Azərbaycan mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qalıb.  Ermənilərin atəşləri nəticəsində Azərbaycan Respublikasının dinc sakinlərindən 2-si ölüb, 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Azərbaycan Respublikasının Silahlı Qüvvələri cəbhənin ən gərgin Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində yerləşən birliklər, artilleriya bölmələri və digər qoşun növlərinin birgə, əlaqəli fəaliyyəti nəticəsində qısa müddətdə Ermənistan silahlı bölmələrinə qarşı cavab tədbirləri həyata keçirilib. Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 82 və 120 millimetrlik minaatanlardan və iriçaplı pulemyotlardan istifadə etməklə sutka ərzində atəşkəsi 127 dəfə pozub. Ermənistanın İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərindən Qazax rayonunun Qızılhacılı kəndi atəşə tutulub. Bundan başqa Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndi,  Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən isə  Gədəbəy rayonu ərazisindəki yüksəkliklər Ermənistan hərbçiləri tərəfindən vurulub. Azərbaycanın Müdafiə naziri Zakir Həsənov 2019-cu ildə verdiyi açıqlamada Azərbaycan ordusunun ermənilərin qurduğu Ohanyan səddini 18 dəqiqəyə yardığını bildirib".


Tarixçi aprelin 4-də Ermənistanın itirilmiş mövqelərini geri qaytarıması məqsədilə cəbhənin əsasən Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərində mövqelərimizə hücum etdiyini və təmas xəttinə yaxın olan yaşayış məntəqələrini intensiv surətdə atəşə tutduğunu xatırladıb: 

"2016-cı ildə Azərbaycanın Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Əlibəyli kəndində düşmənə məxsus partlayıcı qurğunun işə düşməsi nəticəsində 1998-ci il təvəllüdlü Şahmalıyeva Aygün Zirəddin qızı həlak olub, onun anası 1979-cu il təvəllüdlü Şahmalıyeva Elnarə Məmmədtağı qızı isə ağır xəsarət alıb. Araşdırmalar zamanı məlum olub ki, partlayıcı qurğu quraşdırılmış uşaq oyuncağı ermənilər tərəfindən Əlibəyli kəndinə daxil olan Tovuz çayına buraxılıb. Həmin ərazidə oynayan Cəfərov Elsəvər Həsən oğlu və Şahmalıyeva Aygün Zirəddin qızı oyuncağı taparaq Cəfərov Həsənin evinə gətiriblər. Evdə oynayan zaman Aygün Şahmalıyeva oyuncağı masanın üstünə vurub və nəticədə partlayış baş verib. 2016-cı ilin iyulun 14-də erməni silahlı bölmələrinin açdığı atəş nəticəsində isə Tovuzun Ermənistanla təmas xətində yerləşən Əlibəyli kəndində 12 yaşlı Nərmin Xanbabayevə, onun 8 yaşlı qardaşı Tuncay və 44 yaşlı Dürdanə Nağıyevaya ağır yaralanıblar. 2016-cı ilin aprelin 4-də Ağdam rayonun Sarıcalı kəndinə ermənilərin ağır artilleriyadan açdığı atəşlər nəticəsində 3 mülki şəxs həlak olub, 5 yerli sakin yaralanıb. Həmçinin, işğalçı qüvvələr təmas xəttində yerləşən məktəblərə, infrastruktur obyektlərinə, mülki əhaliyə ciddi ziyan vurub.

Azərbaycan ordusu aprelin 5-də Xocavənd-Füzuli istiqamətində erməni qüvvələrinin 2 ədəd tankını heyətlə birlikdə və hərbi əmlakla dolu 5-dək təkərli texnikasını sıradan çıxarıb". 


Ekspert adətən hücuma keçən tərəfin daha çox itki verdiyini, bizim əsgərlərin həmin vaxt Aran-Qarabağ hissəsində olduğunu, ermənilər isə qarşı dağlarda mövqe tutduğunu qeyd edib: 

"Hər kəs bilir ki, düzənlikdən dağa tərəf hücum etdikdə tələfat çox olmalıdır. İkincisi, ermənilər 20 ildən artıqdır ki, orada müdafiə-istehkam qurğuları qurub mövqelərini bərkitmişdilər. Həmin ərazilərdə düşmən 1994-cü ildən bu günə qədər səngərlər qazıb oturmuşdu. İllərdir ki, müdafiə sistemi qurmaları barədə təbliğat aparırdılar. Bizim əsgərlərimiz Lələtəpəni almaqla onların ön xətdə duran bölmələrinin ikinci eşelon bölüyünün müdafiə sistemini darmadağın etdilər. Piyada əsgərlərimiz qısa müddət ərzində o yüksəklikləri ələ keçirdilər. Ali Baş Komandan “Dur!” əmrini verməsəydi, ermənilər üçün fəlakət olacaqdı. Sözsüz ki, həmin günlərdə bir neçə rayon alınacaqdı. Bizim əsgərlərimiz və o əsgərlərin qəhrəman komandirləri bu döyüşlərdə yalnız ön xətdəki ikinci eşelon birləşmələrinin bəzi bölmələrindən istifadə etdilər. Hələ arxada olan gücümüzü, silahımızı işə salmamışdıq.

Aprel döyüşləri zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il aprelin 19-da  müvafiq sərəncamları ilə Azərbaycan Silahlı Qüvvələrinin 3 üzvü “Azərbaycanın Milli Qəhrəmanı”, 7 üzvü “Azərbaycan Bayrağı ordeni”, 1 üzvü 2-ci dərəcəli və 4 üzvü 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 19 üzvü “Vətən uğrunda medalı”, 43 üzvü “İgidliyə görə medalı”, 45 üzvü “Hərbi xidmətlərə görə” medalı, 2 üzvü "general-mayor" ali hərbi rütbəsi ilə mükafatlandırılıb.

Dördgünlük döyüşlərində təcavüzkar erməni silahlı qüvvələrinin 320-dən artıq düşmən məhv edilib, 500-dən artıq erməni hərbi qulluqçusu yaralanıb, 30-dək tankı və digər zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu sıradan çıxarılıb. Azərbaycan Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini azad edib, Füzuli rayonu istiqamətində yerləşən "Lələ təpə" yüksəkliyində nəzarəti ələ keçirib. Ermənistanın Madagiz yaşayış məntəqəsində yerləşən qərargahı və əsas hərbi hissələr məhv edərək şanlı Azərbaycan ordusu Ağdərə-Madagiz, Cəbrayıl istiqamətindəki yolların nəzarətdə saxlanılması imkanını əldə edib". 


Müsahibimiz sonda aprel döyüşlərində Azərbaycan Silahlı Qüvvələrinin 2,000 hektarlıq Azərbaycan ərazisini işğaldan azad etdiyini və bu döyüşlərin 44 günlük Vətən müharibəsinə aparan şanlı yol olduğunu vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://sherg.az
archiveBu xəbər 02 Aprel 2025 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

16 Noyabr 2025 13:53see17017

SOCAR maaşları 20% artırdı

16 Noyabr 2025 17:28see1026

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

16 Noyabr 2025 17:20see227

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

17 Noyabr 2025 19:47see159

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

17 Noyabr 2025 19:21see147

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

16 Noyabr 2025 08:15see147

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

17 Noyabr 2025 02:48see144

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

17 Noyabr 2025 00:00see143

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

16 Noyabr 2025 17:59see138

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

16 Noyabr 2025 16:02see136

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

17 Noyabr 2025 01:45see134

Yaşar Nurinin qızı dünyasını dəyişib

16 Noyabr 2025 19:48see133

Azərbaycanda bu tarixdə qar yağacaq: temperatur 0 dərəcəyə enəcək XƏBƏRDARLIQ

16 Noyabr 2025 12:27see132

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

16 Noyabr 2025 19:40see132

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

17 Noyabr 2025 04:13see130

Sürücülük vəsiqəsi almaq üçün yezda imtahanı nda yenilik Bundan sonra...

16 Noyabr 2025 15:57see129

“Süni intellekt “insan kimi görməyi” öyrənib: mənanı anlamağa başlayır“ Elmi tədqiqat

16 Noyabr 2025 10:50see129

İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb VİDEO

16 Noyabr 2025 20:54see129

“İran daxilində böhran daha da gərginləşir“ İsrail mətbuatı

16 Noyabr 2025 20:49see128

Dünyanın ən nəhəng abidələri

17 Noyabr 2025 06:02see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri