Icma.az
close
up
RU
Aprel döyüşləri şəhidlərinin qəhrəmanlığının tərənnümü adlı tədbir keçirildi FOTOLAR

Aprel döyüşləri şəhidlərinin qəhrəmanlığının tərənnümü adlı tədbir keçirildi FOTOLAR

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İyunun 20-də Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və "Şəhid Analarına Dəstək" İctimai Birliyinin təşkilatçılığı ilə Qobustan Gənclər Evində "Konstitusiya və Suverenlik ili"nə həsr olunmuş "Aprel döyüşləri şəhidlərinin qəhrəmanlığının tərənnümü" adlı tədbir keçirildi.

"Cebheinfo.az" QHT.az-a istinadən xəbər verir ki, tədbir Azərbaycanın Dövlət himninin səslənməsi ilə açıq elan edildi. Torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla ehtiramla yad edildi. Tədbirdə rayon ictimaiyyəti, şəhid ailələri, Qarabağ qazilər iştirak etdilər.Tədbir zamanı aprel döyüşləri şəhidlərinin əziz xatirəsinə həsr olunmuş "Zəfər yolu" adlı videoçarx nümayiş olundu. «Şəhid Analarına Dəstək» İctimai Birliyinin sədri şəhid Əbdülməcid Axundovun anası Ceyran Həsənova, Qobustan Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və Şəhid ailələrilə işin təşkili şöbəsinin müdiri Rövşən Dəmirov, şəhid Malik Səlimlinin qardaşı Mirəli Səlimli, aprel döyüşlərinin şəhidi Müşfiq Orucovun anası Aygün Məmmədli çıxış edərək Azərbaycan Ordusunun hərb tarixinin şanlı səhifəsi olan Aprel zəfərinin 44 günlük Vətən müharibəsindəki parlaq qələbənin, torpaqlarımızın azad olunmasının və böyük qayıdış salnaməsinin başlanğıcı olduğunu bildirdilər. Bu gün şəhidlər bizim həm nisgilimiz, kədərimiz, ürək ağrımız, həm də qürur yerimiz, fəxrimizdir. Gənc nəslə qürur yerimiz olan şəhidlərimizi tanıtmaq, onları vətənpərvərlik ruhunda böyütmək, torpağına bağlı, xalqına hörmət hissi ilə tərbiyə etmək isə hər bir ölkə vətəndaşının ən ümdə vəzifəsidir.

Bu gün hər birimiz iftixar və qürur hissi ilə deyə bilirik: Qarabağ Azərbaycandır! «Şəhid Analarına Dəstək» İctimai Birliyinin sədiri Ceyran Həsənova layihənin icrasına maddi dəstək olan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, tədbirin keçirilməsində yaxından köməklik göstərən Qobustan Rayon İcra Hakimiyyətinə, Qobustan Gənclər Evinə təşəkkürünü bildirdi.

"Cebheinfo.az" 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 21 İyun 2025 09:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see250

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see238

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see216

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see212

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see181

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see166

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see162

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see155

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see154

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see150

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see149

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see148

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see143

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see141

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see141

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see139

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see138

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see135

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see135

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri