Icma.az
close
up
RU
Aprel döyüşləri şəhidlərinin qəhrəmanlığının tərənnümü adlı tədbir keçirilib

Aprel döyüşləri şəhidlərinin qəhrəmanlığının tərənnümü adlı tədbir keçirilib

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İyulun 22-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və "Şəhid Analarına Dəstək" İctimai Birliyinin, Xaçmaz Rayon İcra Hakimiyyətinin və Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin birgə  təşkilatçılığı ilə Xaçmaz rayon Tarix-diyarşünaslıq Muzeyində "Konstitusiya və Suverenlik ili"nə həsr olunmuş "Aprel döyüşləri şəhidlərinin qəhrəmanlığının tərənnümü" adlı tədbir keçirildi.

"Cebheinfo.az" xəbər verir ki, tədbiri Xaçmaz Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçi, Aprel döyüşlərinin iştirakçısı, ehtiyatda olan mayor Tariyel Didarov açıq elan etdi. Tədbirdə torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla ehtiramla yad edildi, Azərbaycan Respublikasının  Dövlət himni səsləndirildi.

Tədbirdə şəhər ictimaiyyəti, gənclər, Bakı və Sumqayıt şəhərlərinin, Xaçmaz rayonunun şəhid ailələri, Qarabağ qaziləri iştirak etdilər. 

Tədbir zamanı aprel döyüşləri şəhidlərinin əziz xatirəsinə həsr olunmuş "Zəfər yolu" adlı videoçarx nümayiş olundu.

 «Şəhid Analarına Dəstək» İctimai Birliyinin sədri şəhid Əbdülməcid Axundovun anası Ceyran Həsənova, Xaçmaz Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçi Tariyel Didarov, Quba-Xaçmaz  Regional Mədəniyyət İdarəsinin sektor müdiri Fərid Musayev, şəhid  Fuad Qafarovun atası, Xaçmaz rayon Niyazabad kənd Mədəniyyət evinin direktoru Fərhad Qafarov, "İlham çeşməsi" ədəbi məclisinin sədri Böyükağa Ağa, Vətən müharibəsi qazisi, Xaçmaz rayon Qıraqlı kənd klubunun müdiri,qiraətçi Adil Arazoğlu, Xaçmaz rayon Tarix-diyarşünaslıq Muzeyinin direktoru Pakizə Mehdiyeva, Xaçmaz rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Əsgərova, şair, "Ulduzlar" ədəbi məclisinin sədri Fərzalı Ziyanur, Xalça muzeyinin Xaçmaz rayon filialının əməkdaşı, qiraətçi Dilarə Rüstəmova, Aprel döyüşlərinin şəhidi Elvin Mirzəyevin anası Gülnaz Mirzəyeva, şəhid Zakir Cəfərovun anası Kəmalə Abdullayeva və digər şəhid anaları çıxış edərək Azərbaycan Ordusunun hərb tarixinin şanlı səhifəsi olan Aprel zəfərinin 44 günlük Vətən müharibəsindəki parlaq qələbənin, torpaqlarımızın azad olunmasının və böyük qayıdış salnaməsinin başlanğıcı olduğunu bildirdilər. Bu gün şəhidlər bizim həm nisgilimiz, kədərimiz, ürək ağrımız, həm də qürur yerimiz, fəxrimizdir. Gənc nəslə qürur yerimiz olan şəhidlərimizi tanıtmaq, onları vətənpərvərlik ruhunda böyütmək, torpağına bağlı, xalqına hörmət hissi ilə tərbiyə etmək isə hər bir ölkə vətəndaşının ən ümdə vəzifəsidir. Bu gün hər birimiz iftixar və qürur hissi ilə deyə bilirik: Qarabağ Azərbaycandır!

"Şəhid Analarına Dəstək" İctimai Birliyinin sədiri Ceyran Həsənova layihənin icrasına maddi dəstək olan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, tədbirin keçirilməsində yaxından köməklik göstərən Xaçmaz Rayon İcra Hakimiyyətinə,  Quba-Xaçmaz  Regional Mədəniyyət İdarəsinə təşəkkürünü bildirdi.

Tədbir çay süfrəsi ilə sonlandı.

"Cebheinfo.az"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 23 İyul 2025 16:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see238

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see179

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see165

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see164

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see156

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see155

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see144

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri