Icma.az
close
up
RU
Aprelin 7 də dünyada nələr olub?

Aprelin 7 də dünyada nələr olub?

Icma.az, News24 portalına istinadən məlumat verir.

1906-cı ilin bu günündə Şərqin ilk satirik dərgisi "Molla Nəsrəddin" jurnalının birinci nömrəsi çapdan çıxıb. Böyük ədib Cəlil Məmmədquluzadənin redaktoru olduğu jurnal Azərbaycan xalqının mütərəqqi qüvvələrini öz ətrafında toplamışdı. Jurnalda Ö.F.Nemanzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev, Ə.Nəzmi, M.S.Ordubadi, Ə.Əzimzadə və başqaları fəaliyyət göstərirdilər.

Bəs, aprelin 7-də dünyada daha hansı hadisələr baş verib?

1. 1789-cu ilin 7 aprelində Osmanlı Sultanı I Əbdülhəmid vəfat etdi, yerinə III Səlim taxta çıxdı.

2. Kibriti yaradan ingilis kimyaçısı Con Uolkerin bu icadı 1827-ci ilin 7 aprelindən İngiltərədə bazarlara girdi.

3. Bakı bulvarı məhz bu gün yaradılıb. 1909-cu il aprelin 7-də Bakı Şəhər İdarəsinin Tikinti şöbəsinin rəisi Məmmədhəsən Hacınski Şəhər Dumasının iclasında Dənizkənarı Bulvarın tikintisi ilə bağlı məsələnin müzakirəyə çıxarılmasına nail olur. M.Hacınskinin alovlu çıxışı dənizkənarı bulvarın salınmasında önəmli rol oynayır.

4. 7 aprel 1939-cu ildə İtaliya Albaniyanı işğal etdi.

5. 1948-ci il aprelin 7-də Birləşmiş Millətlər Təşkilatının (BMT) tərkibində Ümumdünya Səhiyyə Təşkilatı (WHO) yaradıldı. Təşkilatın əsas məqsədi bütün dünya xalqlarının sağlamlığını yüksək səviyyəyə qaldırmaqdır. 1949-cu ildən 7 aprel Ümumdünya Səhiyyə Günü kimi qeyd olunur.

Hazırda Ümumdünya Səhiyyə Təşkilatının 200-dək üzvü var. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra 1994-cü ildən həmin təşkilata qəbul edilib.

6. 7 aprel 1964-cü ildə Türkiyənin o zamankı baş naziri İsmet İnönü Kiprin prezidenti Makariosa adadakı türklərin hüquqlarını qorumaq üçün xəbərdarlıq məktubu göndərdi və Kipr Konstitusiyasının dəyişdirilməsinə Türkiyənin göz yummayacağını dedi.

7. 7 aprel 1969-cu ildə yaradılan internetin simvolik olaraq ad günüdür. Artıq 54 ildən çoxdur ki, internet həyatımıza daxil olub.

8. 1978-ci ilin 7 aprelində ABŞ prezidenti Cimmi Karter Neytron bombasının təkmilləşdirilməsinin dayandırılmasına qərar verdi.

9. 1992-ci ilin bu günündə Azərbaycanla İsrail arasında diplomatik əlaqələr qurulub.

10. Bu gün AZAL-ın yaranması günüdür. Azərbaycan Hava Yolları 1992-ci ilin 7 aprelində təsis edilib.

7 apreldə həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

1. Azərbaycan ədəbiyyatında faciə janrının banisi, tanınmış dramaturq və jurnalist Nəcəf bəy Vəzirov 1854-cü ilin bu günü dünyaya gəlib.

2. Azərbaycan görkəmli bəstəkarı və dirijoru, Əməkdar incəsənət xadimi, dosent, Xalq artisti Hacı Xanməmmədov 2005-ci ilin bu günündə vəfat edib.

3. Azərbaycanın ilk balerinası, baletmeyster, SSRİ Xalq artisti Qəmər Almaszadə 2006-cı ilin 7 aprelində dünyadan köçüb.

4. 7 aprel 1959-cu ildə Xalq yazıçısı Çingiz Abdullayev anadan olub./bizim.media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://news24.az
archiveBu xəbər 07 Aprel 2025 11:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see388

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see384

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see359

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see247

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see242

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see227

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see222

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see207

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see202

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see201

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see199

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see191

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see185

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see183

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see178

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see176

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see175

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see174

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see167

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri