Aptekə basqın edən şəxs saxlanıldı
Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Aptekə basqın edən şəxs saxlanılıb.
Bakıvaxtı.az xəbər verir ki, Binəqədi rayonunda yerləşən aptekdə əczaçı işləyən Sevinc Qabulova aptekə tanımadığı şəxsin bıçaqla daxil olaraq ona hədə-qorxu gələrək 232 manat pulunun alındığı barədə polisə müraciət edib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində bu gün quldurluq hadisəsini törətmiş şəxs, 1986-cı il təvəllüdlü Nurlan Adgözəlov saxlanılıb.
Faktla bağlı cinayət işi açılıb.

