Aptekə basqın edən şəxs saxlanıldı Yeni Gündəm
Icma.az, Yenigundem portalına istinadən məlumat yayır.
Aptekə basqın edən şəxs saxlanılıb.
Binəqədi rayonunda yerləşən aptekdə əczaçı işləyən Sevinc Qabulova aptekə tanımadığı şəxsin bıçaqla daxil olaraq ona hədə-qorxu gələrək 232 manat pulunun alındığı barədə polisə müraciət edib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində bu gün quldurluq hadisəsini törətmiş şəxs, 1986-cı il təvəllüdlü Nurlan Adgözəlov saxlanılıb.
Faktla bağlı cinayət işi açılıb.
APA

