Apteklərdə “Bu dərman deyil” xəbərdarlıq lövhələri yerləşdiriləcək
Icma.az, Marja.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycanda bioloji aktiv qida məhsullarının satıldığı aptek və digər satış nöqtələrində xüsusi xəbərdarlıq lövhələrinin yerləşdirilməsi nəzərdə tutulur.
Marja.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin 10 sentyabr 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nda əksini tapıb.
Dövlət Proqramında “Bioloji aktiv qida məhsulu qida məhsuludur – dərman vasitəsi deyil” mövzusunda maarifləndirici sosial çarxların, videoların və informasiya materiallarının hazırlanması nəzərdə tutulub.
Bundan başqa, satış nöqtələrində vizual xəbərdarlıq lövhələri yerləşdiriləcək.
Məqsəd bioloji aktiv qida məhsulları ilə dərman vasitələri arasındakı fərq barədə əhalinin məlumatlılığını artırmaqdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 10 Sentyabr 2026 17:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















