Icma.az
close
up
RU
Apteklərdə “Pascorbin” TAPILMAYACAQ Alternetiv dərman VARMI?

Apteklərdə “Pascorbin” TAPILMAYACAQ Alternetiv dərman VARMI?

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Azərbaycanda geniş istifadə olunan yüksəkdozalı C vitamini preparatlarından biri olan “Pascorbin” 7.5 g/50 ml ilə bağlı yaxın aylarda mühüm dəyişiklik gözlənilir.
“Pascorbin”in ölkədə qeydiyyat müddəti 21.05.2026-cı ildə başa çatdığı üçün yeni qeydiyyat (yenilənmə) prosesi aparılır və hazırda bu proses davam edir. Bu səbəbdən yaxın dövrdə preparatın yeni partiyasının idxalı müvəqqəti mümkün olmayacaq.
Mütəxəssislərin bildirdiyinə görə, mövcud ehtiyatların tədricən azalması fonunda bu preparatın 2026-cı ilin iyun ayından etibarən apteklərdə satışda tapılmayacağı gözlənilir. Preparatın yenidən satışa çıxarılmasının isə təxminən 2026-cı ilin oktyabr ayına təsadüf edəcəyi proqnozlaşdırılır.
“Pascorbin” 7.5 g/50ml hansı hallarda istifadə olunur?
Mütəxəssislərin sözlərinə görə, yüksəkdozalı C vitamini preparatları aşağıdakı hallarda yalnız həkim nəzarəti ilə tətbiq olunur:
- Onkoloji xəstələrdə (kimyaterapiya alan və almayan pasiyentlərdə) dəstək məqsədilə;
- İmmunitet zəifliyi olan şəxslərdə;
- İnfeksion və virus xəstəliklərində, dəstəkləyici müalicə kimi;
- Vərəm (tuberkulyoz) xəstələrində, əsas müalicə protokolu ilə yanaşı dəstəkləyici məqsədlə;
- Bərpa və reabilitasiya dövründə.
COVID-19 dövrü ilə bağlı qeyd
COVID-19 pandemiyası dövründə yüksəkdozalı C vitamini preparatları bir çox ölkələrdə və klinik praktikada dəstəkləyici müalicə yanaşmaları çərçivəsində istifadə olunub.
Bir çox pasiyentlər bu preparatı həmin dövrdən etibarən daha yaxşı tanıyıb və onu immunitet dəstəyi ilə əlaqələndirib. Bu da preparata olan marağın və istifadə sahəsinin genişlənməsinə səbəb olub.
Bəs yaxın aylarda bu dərmanın yoxluğunu necə sığortalamaq olar?
Məsələ ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən tibb üzrə fəlsəfə doktoru Abbas Bağırov deyir ki, “Pascorbin”in yaxın aylarda apteklərdə olmaması xüsusilə onu müntəzəm istifadə edən xəstələr üçün çətinlik yarada bilər:
“Amma xəstələr bilməlidirlər ki, burada əsas məsələ konkret marka deyil, C vitamininin hansı formada və hansı məqsədlə qəbul edilməsidir. “Pascorbin” yüksək dozalı inyeksion C vitamini preparatıdır və əsasən ağızdan qəbulun yetərli olmadığı hallarda istifadə olunur. “Paskorbin”i özbaşına dayandırıb və ya dəyişdirib yüksək dozaya keçməsi məsləhət deyil. Xəstələr həkim məsləhəti ilə alternativ C vitamini preparatlarına keçə bilərlər.
Əgər damar daxili terapiya məqsədilə istifadə edilirdisə, eyni təsiri tablet və efervesan preparatlardan gözləmək düzgün deyil. Xüsusilə - onkoloji xəstələr, ağır infeksiyalardan sonra bərpa dövründə olanlar, bağırsaq sorulma problemi olanlar, şəkərli diabetli xəstələr, uzunmüddətli parenteral qidalanma alanların diqqətli olması vacibdir. Çünki inyeksion C vitamini qana daha sürətli və yüksək konsentrasiyada keçir”.
Yüksək dozalı C vitamini hər kəs üçün təhlükəsiz hesab olunmur.
Müsahibimiz bildirib ki, böyrək daşı meyli, böyrək çatışmazlığı və bəzi qan xəstəlikləri olan şəxslər bu preparatlardan ehtiyatla istifadə etməlidir:
“Hazırda bəzi aptek platformalarında preparatın qalıqları görünür, lakin təchizatın məhdudlaşdığı müşahidə olunur.
Xüsusilə damar daxili istifadə olunan yüksək dozalı preparatların dəyişdirilməsi yalnız həkim nəzarəti ilə aparılmalıdır. Yüksək dozalı C vitamini hər xəstə üçün uyğun deyil və nəzarətsiz istifadə böyrək problemlərinə səbəb ola bilər”.
Surxay Atakişiyev, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://bizim.media
archiveBu xəbər 08 May 2026 10:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see340

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see325

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see319

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see318

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see290

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see289

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see284

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see276

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see258

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see251

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see249

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see241

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see240

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see236

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see230

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see210

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see199

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see190

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see182

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri