Icma.az
close
up
RU
AQC ilə Bakı Avrasiya Universiteti arasında memorandum imzalanıb

AQC ilə Bakı Avrasiya Universiteti arasında memorandum imzalanıb

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Bakı Avrasiya Universiteti (BAAU) ilə Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Bununla əlaqədar olaraq Bakı Avrasiya Universitetində rəsmi görüş keçirilib. Görüşdə hər iki qurumun rəhbərliyi və nümayəndələri iştirak ediblər.

XQ xəbər verir ki, tədbiri giriş sözü ilə açan Bakı Avrasiya Universitetinin rektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Səyavuş Qasımov bildirib ki, ali təhsil müəssisələrinin peşəkar ictimai birliklərlə əməkdaşlığı müasir dövrdə xüsusi əhəmiyyət daşıyır. Belə ki, təhsil müəssisələri ilə əmək bazarı əlaqələrinin gücləndirilməsi tələbələrin praktiki bilik və bacarıqlarının artırılmasına, onların ixtisaslı kadr kimi formalaşmasına xidmət edir. Rektor imzalanan memorandumun bu istiqamətdə mühüm addım olduğunu vurğulayıb.

Daha sonra Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc çıxış edərək qurumun fəaliyyət istiqamətləri, qiymətləndirmə sahəsində görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib. O, peşəkar qiymətləndirici kadrların hazırlanmasında ali təhsil müəssisələri ilə əməkdaşlığın əhəmiyyətini xüsusi qeyd edib və Bakı Avrasiya Universiteti bu günə qədər olan əməkdaşlığın gələcəkdə də faydalı nəticələr verəcəyinə əminliyini ifadə edib.

Görüş zamanı tərəflər arasında birgə təlimlərin, seminar və treninqlərin təşkili, elmi-praktiki tədbirlərin keçirilməsi, tələbələrin peşə təcrübələrinin təşkili, eləcə də qiymətləndirmə sahəsində bilik və bacarıqlarının artırılması məsələləri müzakirə olunub. Eyni zamanda, gələcək əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Çıxış edənlər bu əməkdaşlığın həm təhsil, həm də qiymətləndirmə sahəsinin inkişafına töhfə verəcəyini, eləcə də ixtisaslı kadr hazırlığının keyfiyyətinin yüksəldilməsinə xidmət edəcəyini bildiriblər.

Görüşün sonunda Bakı Avrasiya Universiteti ilə Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Qeyd edək ki, sənəd AQC ilə BAAU arasında uzunmüddətli və sistemli əməkdaşlığın qurulmasını, qarşılıqlı fəaliyyətin institusional əsasda davam etdirilməsini nəzərdə tutur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Dekabr 2025 18:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri