Bakı Avrasiya Universiteti ilə Dünya Gənc Türk Yazarlar Birliyi arasında əməkdaşlıq memorandumu imzalanıb FOTO
Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Dünya Gənc Türk Yazarlar Birliyi (DGYTB) ilə Bakı Avrasiya Universiteti (BAU) arasında əməkdaşlıq memorandumu imzalanıb.
Sherg.az xəbər verir ki, memorandumu BAU-nun rektoru, Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Səyavuş Qasımov və DGYTB-nin başqanı, şair-publisist İntiqam Yaşar imzalayıblar.
Görüşdə universitetin elmi işlər üzrə prorektoru dosent Gülzar İbrahimova və Azərbaycan, Dünya ədəbiyyatı kafedrasının müdiri professor Elmira Məmmədova-Kekeç və DGYTB-nin başqan müavini, şair Ayşən Rəhim edib. Tərəflər birgə təşkil olunacaq konfranslar, seminarlar, nəşrlər və digər mədəni layihələr haqqında ətraflı fikir mübadiləsi aparıblar.
Söhbət zamanı imzalanmış sənədin gələcəkdə həyata keçiriləcək ortaq layihələr və ədəbi-elmi yönümlü əməkdaşlıqların əsasını qoyduğu vurğulanıb.
Əməkdaşlıq memorandumu iki qurum arasında ədəbi və elmi istiqamətdə daha sıx əlaqələrin qurulmasına, gənc yazarların dəstəklənməsinə və ortaq türkcədə ədəbi nümunələrin təşviqinə xidmət edəcək.


Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 21 İyun 2025 14:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















