Icma.az
close
up
RU
AQC rəhbərliyi Mingəçevir Dövlət Universitetində konfransda çıxış edib FOTOLAR

AQC rəhbərliyi Mingəçevir Dövlət Universitetində konfransda çıxış edib FOTOLAR

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanda Birləşmiş Millətlər Təşkilatının (BMT) ən nüfuzlu tədbirlərindən biri – Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Mingəçevir Dövlət Universitetində (MDU) elmi-praktiki konfrans təşkil olunub. Tədbirdə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) rəhbər heyəti müəllim-tələbə heyəti qarşısında aktual mövzularla bağlı məruzələrini təqdim ediblər.
Konfransın moderatoru, universitetin İqtisadiyyat kafedrasının müdiri, i.e.f.d., dosent Zivər Zeynalova bildirib ki, Beynəlxalq Forum ölkəmizin şəhərsalma siyasəti və memarlıq ənənələrinin inkişafı baxımından strateji əhəmiyyət kəsb edir.
Elm və innovasiya məsələləri üzrə prorektor, i.e.f.d., dos. Natəvan Namazova Mingəçevir Dövlət Universitetində təşkil olunan bu konfrasda iştiraka görə AQC rəhbərliyinə təşəkürünü bildirib.
AQC İdarə Heyətinin sədri, iqtisadçı-ekspert Vüqar Oruc “Şəhərsalma, smart infrastruktur və əmlak bazarının gələcəyi: enerji effektiv binaların qiymətləndirilməsi, urbanizasiya prosesində innovativ yaşayış modelləri və investor gözləntiləri” mövzusunda məruzə edib. O, müasir şəhərsalma prosesində enerji effektivliyinin iqtisadi qiymətləndirilməsinə yeni yanaşmaların zəruriliyini qeyd edib. V.Oruc vurğulayıb ki, “smart” infrastruktur layihələri əmlak bazarında dəyər artımını stimullaşdıran əsas amillərdən biridir və investorların qərarlarına birbaşa təsir göstərir.
AQC İdarə Heyəti sədrinin müavini Nail Həşimov “FutureProof Housing və biznes qiymətləndirilməsinin yeni dövrü” mövzusunda çıxış edərək, mənzil təminatında davamlılıq prinsiplərinin biznesin qiymətləndirilməsinə inteqrasiyasından bəhs edib. O, gələcəyin risklərinə cavab verən yaşayış modellərinin həm kommersiya, həm də sosial baxımdan effektivliyini təhlil edərək, bu sahədə peşəkar standartların tətbiqi məsələlərinə toxunub.
Beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis, biznes-analitik, AQC İdarə Heyəti sədrinin müşaviri Asif İbrahimov “FutureProof Housing: Beynəlxalq standartlar gələcəyin şəhərlərini necə formalaşdırır?” mövzusunda təqdimatla çıxış edib. Məruzəçi beynəlxalq idarəetmə standartlarının şəhərsalma arxitekturasında oynadığı rolu diqqətə çatdırıb. Bildirilib ki, qlobal standartların yerli mühitə adaptasiyası şəhərlərin daha sistemli və təhlükəsiz idarə olunmasına şərait yaradır.
Tədbirin yekununda universitetin akademik heyəti və tələbələr tərəfindən ünvanlanan suallar cavablandırılıb. Qeyd olunub ki, Beynəlxalq Forum çərçivəsində keçirilən bu görüşlər elmi biliklərin praktiki təcrübə ilə əlaqələndirilməsi və gənc kadrların müasir trendlərlə tanış olması məqsədi daşıyır.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:142
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 18 May 2026 09:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see787

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see532

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see321

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see299

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see293

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see283

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see274

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see265

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see257

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see255

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see250

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see242

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see235

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see232

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see232

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see208

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see205

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see197

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see191

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri