Icma.az
close
up
RU
AQC sosial layihə həyata keçirib VİDEO

AQC sosial layihə həyata keçirib VİDEO

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin üzvləri və departament rəhbərləri sosial məsuliyyət yönümlü layihə çərçivəsində ölkədə fəaliyyət göstərən ilk inklüziv kafelərdən biri olan “Kaşalata”da olublar.

AQC İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Orxan Əlinin “İki sahil”ə verdiyi məlumata görə, tədbir zamanı nümayəndə heyəti xüsusi inkişaf özəlliyi olan gənclərin çalışdığı kafedə yaradılan şəraitlə yaxından tanış olub, gənclərin öz əlləri ilə hazırladığı şirniyyatların dadına baxıb. Görüş səmimi və isti atmosferdə keçib, qonaqlar gənclərlə ünsiyyət quraraq onlarla birlikdə vaxt keçiriblər.

AQC sədri Vüqar Oruc da çıxışında layihənin əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, inklüzivlik yalnız sosial təşkilatların deyil, bütün qurumların diqqət mərkəzində olmalı olan məsələdir. Vüqar Oruc belə layihələrə dəstəyin davam etdiriləcəyini və AQC-nin sosial yönümlü təşəbbüslərdə fəal iştirak etməyə hazır olduğunu bildirib.

“Birgə və Sağlam” İctimai Birliyinin sədri Aytən Eynalova çıxış edərək inklüziv cəmiyyətin formalaşdırılmasının vacibliyindən danışıb. O bildirib ki, “Kaşalata” kafesi əlilliyi olan gənclərin yalnız məşğulluğuna deyil, eyni zamanda onların özünəinamının artmasına, sosial bacarıqlarının inkişafına və cəmiyyətə inteqrasiyasına xidmət edir.

Qeyd edək ki, “Birgə və Sağlam” İB-nin təşəbbüsü ilə təsis edilən “Kaşalata” kafesi əlilliyi olan gənclərin inklüziv mühitdə çalışmasına şərait yaratmaq məqsədi daşıyır. Üzeyir Hacıbəyli küçəsi, 57 ünvanında yerləşən kafedə ümumilikdə 20 gəncin məşğulluğu təmin olunub ki, onlardan 10 nəfəri əlilliyi olan gənclərdir.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 Fevral 2026 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see586

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see307

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see296

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see290

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see284

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see284

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see275

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see256

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see251

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see243

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see242

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see233

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see228

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see228

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see228

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see223

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see222

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see221

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see220

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri