AQC nümayəndə heyəti Latviyadakı səfirliyimizdə rəsmi görüş keçirib
Icma.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.
Latviya Respublikasında rəsmi səfərdə olan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) rəhbərliyi və nümayəndə heyəti Azərbaycan Respublikasının Latviyadakı Səfirliyini ziyarət edib. Səfər çərçivəsində ölkəmizin Latviyadakı Konsulu Bəxtiyar Musayev ilə rəsmi və olduqca məhsuldar bir görüş baş tutub.
Newscenter.az xəbər verir ki, görüş zamanı AQC İdarə Heyətinin sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının prezidenti, iqtisadçı-ekspert Vüqar Oruc rəhbərlik etdiyi qurumun genişmiqyaslı fəaliyyəti, Azərbaycanın qiymətləndirmə sektorunda həyata keçirilən köklü islahatlar və qazanılan uğurlar barədə cənab konsula ətraflı məlumat verib. V. Oruc xüsusilə vurğulayıb ki Prezident İlham Əliyevin birbaşa dəstəyi və diqqəti sayəsində ölkədə qiymətləndirmə fəaliyyəti haqqında yeni qanun qəbul edilib və bu, sahənin inkişafında yeni bir mərhələnin əsasını qoyub. O, həmçinin Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən qiymətləndiricilərin peşə ixtisas imtahanlarının keçirilməsini və bu prosesdə AQC-nin yaxından iştirakını diqqətə çatdırıb.
AQC-nin beynəlxalq müstəvidəki fəaliyyətinə toxunan İdarə Heyətinin sədri, cəmiyyətin Türk dünyası miqyasında qiymətləndiricilərin inteqrasiya proseslərinin əsas təşəbbüskarlarından biri olduğunu qeyd edib. Eyni zamanda, AQC-nin qlobal arenada mövqeyinin gücləndiyini bildirən V. Oruc, qurumun Beynəlxalq Qiymətləndirmə Standartları Komitəsinə (IVSC) üzv qəbul edildiyini və Avropa Qiymətləndiricilər Birlikləri Qrupuna (TEGOVA) üzvlüklə bağlı rəsmi müraciətin edildiyini konsulun diqqətinə çatdırıb.
Azərbaycanın Latviyadakı Konsulu Bəxtiyar Musayev AQC nümayəndə heyətini rəsmi nümayəndəlikdə salamlamaqdan böyük məmnunluq duyduğunu ifadə edib. Konsul, Azərbaycanın peşəkar institutlarının beynəlxalq səviyyədə, xüsusilə Avropa məkanında uğurla təmsil olunmasına və bu istiqamətdə göstərdiyi yüksək fəallığa görə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyinə təşəkkürünü bildirib. O, AQC heyətinə Latviya səfəri çərçivəsində keçirəcəkləri görüşlərdə və gələcək beynəlxalq fəaliyyətlərində uğurlar arzulayaraq, səfirlik tərəfindən hər zaman lazımi dəstəyin göstəriləcəyini vurğulayıb.
Görüşün sonunda tərəflər xatirə fotosu çəkdirib.
Qeyd edək ki, görüşdə AQC sədrinin birinci müavini Fərid Rüstəmov, sədr müavini Nail Həşimov, sədrin müşaviri İradə Şükürova, Beynəlxalq Əlaqələr departamentinin rəhbəri Asif Yusubov və AQC Peşəkar Qiymətləndiricilər Şurasının üzvü Ellada Rüstəmova iştirak ediblər.
Süleyman
Bu mövzuda digər xəbərlər:Zelenski Latviyadakı səfiri vəzifəsindən azad etdi
08 Oktyabr 2025 12:44
Ölkəmizin Latviyadakı səfirliyi bayram günlərində işləməyəcək FOTO
20 Mart 2026 06:34
Azərbaycanın Latviyadakı səfiri geri çağırıldı YENİ TƏYİNAT
12 Avqust 2026 11:25
Azərbaycanın Latviyadakı yeni səfiri fəaliyyətə başladı FOTO
02 Sentyabr 2026 18:09
AQC nümayəndə heyəti Belarusda diplom və serifikatla mükafatlandırıldı FOTO
20 May 2025 13:22
Baxış sayı:108
Bu xəbər 22 May 2026 09:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















