Icma.az
close
up
RU
AQEM yanında İşgüzar Şuranın 7ci iclası keçirilib AZƏRTAC

AQEM yanında İşgüzar Şuranın 7ci iclası keçirilib AZƏRTAC

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 20 noyabr, AZƏRTAC

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) yanında İşgüzar Şuranın 7-ci iclası keçirilib.

Bu barədə AZƏRTAC-a Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib.

Onlayn formatda keçirilən iclasda çıxış edən KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov 2025-2026-cı illərdə AQEM-ə Azərbaycanın sədrliyi dövründə təşkilat yanında İşgüzar Şuranın gündəliyindəki prioritet məsələlər barədə məlumat verib.

Qeyd edilib ki, əməkdaşlıq, innovasiya və dayanıqlı iqtisadi modellərə keçid vasitəsilə KOB-ların inkişafını stimullaşdıran dinamik platformanın yaradılması diqqət mərkəzində olacaq. Yaşıl iqtisadiyyata keçidin təşviqi, rəqəmsal transformasiya, e-ticarət və transsərhəd ticarətinin gücləndirilməsi, qadın sahibkarlığın inkişafı, dayanıqlı kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi sahəsində innovasiyaların dəstəklənməsi İşgüzar Şuranın prioritetləri sırasında olacaq. KOBİA-nın İşgüzar Şuraya sədrliyi dövründə, həmçinin qarşılıqlı biznes missiyaların təşkili və B2B əlaqələrin genişləndirilməsi fəal şəkildə dəstəklənəcək.

AQEM-in Azərbaycanda keçiriləcək biznes forumu çərçivəsində sərginin təşkili də nəzərdə tutulur. Bu, üzv dövlətlərin bizneslərinə məhsul və xidmətlərini nümayiş etdirməklə regionda yeni əlaqələr qurmağa, ticarət və investisiya sahəsində əməkdaşlığı gücləndirməyə imkan verəcək.

İclasda KOBİA-nın nümayəndəsi Əmir Şirinbəyli Azərbaycanda reallaşdırılan yaşıl təşəbbüslər, Ticarət Şəbəkələri Assosiasiyasının sədri Samir Abdullayev isə KOB-ların dayanıqlı inkişafına dair məlumat veriblər.

2025-2026-cı illərdə AQEM-ə Azərbaycanın sədrliyi dövründə İşgüzar Şuraya KOBİA sədrlik edəcək. AQEM yanında İşgüzar Şuraya sədrlik cari ilin dekabrından KOBİA-ya keçəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:81
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Noyabr 2024 19:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see258

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see249

FT: “AK nin təşəbbüsünün qatili Corca Meloni olub”

19 Dekabr 2025 15:39see247

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see219

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see160

Türkiyə Super Liqası: Antalyaspor səfərdən xalsız döndü

20 Dekabr 2025 02:06see152

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see150

Fotoqraflar nadir qurbağaların ölümünə səbəb oldular FOTO

19 Dekabr 2025 18:05see146

Məhkəmə Hüquq Şurasının nümayəndə heyəti Albaniyada təcrübə səfərində olub

19 Dekabr 2025 18:52see145

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see142

Neftçi Yevlaxa yola düşdü

19 Dekabr 2025 19:11see140

Özbəkistan Azərbaycanla tarixi filmlər istehsalına başlayır “Dirik tarix” layihəsi

19 Dekabr 2025 17:14see139

KİV: Pentaqon ardıcıl səkkizinci ildir KONKRET

20 Dekabr 2025 00:35see136

La Liqa: “Valensiya” və “Malyorka” sülhlə ayrılıblar

20 Dekabr 2025 02:06see136

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see135

Cüdo Federasiyasının icraçı vitse prezidenti: “Bizim üçün əsas göstərici təkcə medal sayı deyil” MÜSAHİBƏ

19 Dekabr 2025 22:32see134

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see134

Saçların daha sürətli uzanmasını təmin edən TƏBİİ YAĞLAR

20 Dekabr 2025 02:36see134

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see133

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri