Kris Prat yeni fantastik filmdə baş rola çəkiləcək
Icma.az bildirir, Kulis.az portalına istinadən.
Hollivud aktyoru Kris Prat yeni elmi fantastika layihəsində baş rolu canlandırmağa hazırlaşır.
Kulis.az xəbər verir ki, aktyor Cozef Ekertin “The Traveler” romanı əsasında hazırlanacaq filmdə çəkiləcək.
Layihənin istehsalı Paramount Pictures studiyası tərəfindən həyata keçiriləcək. Film Pratın özünün qurduğu “Indivisible” şirkəti vasitəsilə studiya ilə imzaladığı üçillik əməkdaşlıq çərçivəsində hazırlanacaq.
Ekran əsərinin rejissorluğu Zak Lipovski və Adam Steynə həvalə olunub. Ssenari üzərində Castin Rods çalışacaq. Filmin süjet detalları, digər aktyorların adları və çəkilişlərin başlanma tarixi hələlik açıqlanmayıb.
Pratın son illərdə fantastika və macəra janrında əldə etdiyi uğurlar onu Hollivudun kommersiya baxımından ən çox tələb olunan aktyorlarından birinə çevirib. O, “Qalaktikanın mühafizəçiləri”, “Yura dövrü dünyası” və “Sabahın müharibəsi” kimi layihələrlə beynəlxalq auditoriyanın rəğbətini qazanıb.
Aktyorun "Paramount" ilə əməkdaşlığı çərçivəsində daha bir film – “Miami Heat” də hazırlanacaq. Bu layihədə Prat həm baş rolu oynayacaq, həm də prodüser kimi iştirak edəcək.
Beləliklə, yeni razılaşma onun yalnız aktyor kimi deyil, film istehsalında qərarvermə prosesində də daha fəal iştirak etmək niyyətini göstərir.
Məşhur memarlıq nümunəsinin qorunması üçün 10 milyon dollar ayrıldı Dost, yoxsa düşmən? – Kurt Kobeyn "Necə varsansa, elə gəl" deyərkən kimə müraciət edirdi? İlyas Əfəndiyevin xatirəsi Bakı Bələdiyyə Teatrında yad edildi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 20 Noyabr 2026 17:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















