Icma.az
close
up
RU
Menu

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Aqil Abbas: Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycan olmayacaqdı

Aqil Abbas: Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycan olmayacaqdı

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Məktəbdə" layihəsinin növbəti görüşü ulu öndər Heydər Əliyevin 102-ci ildönümünə təsadüf etdi.

336 nömrəli tam orta məktəbdə baş tutan görüşdə millət vəkili, yazıçı Aqil Abbas ulu öndərin Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkəmizin inkişafı naminə misilsiz xidmətlər göstərdiyini, cəmiyyətin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə nail olmasını qeyd etdi.

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

Heydər Əliyev siyasətinin qələbəsi

Millət vəkili qeyd etdi ki, 1993-cü ildə Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycan olmayacaqdı: "Azərbaycan bir neçə yerə bölünəcəkdi. Heydər Əliyev gəldi, Azərbaycanın iqtisadiyyatını yaratdı, dövləti yenidən qurdu. Ulu öndərin gözəl bir sözü vardı: "Azərbaycan dünyaya günəş kimi doğacaq". Bu gün həqiqətən də Azərbaycan dünyaya günəş kimi doğur. Bu, ulu öndər Heydər Əliyevin uzaqgörən və müdrik siyasətinin nəticəsidir ki, biz xoşbəxt olmuşuq. Biz bu gün Qarabağa qayıtmışıq, Şuşadan, Cıdır düzündən danışırıq. Heydər Əliyev həmişə deyirdi ki, biz Qarabağı azad edəcəyik, Şuşa alınacaq. Biz əvvəllər heç vaxt Azərbaycan xalqının tarixini özümüz yazmamışıq: ərəblər, farslar, başqaları yazıb. Heydər Əliyev Azərbaycan xalqının tarixini özü yazdı. Bu tarixin ardını da hazırda Prezident İlham Əliyev yazır".

Ünsiyyətcil insan

Aqil Abbas ulu öndərlə şəxsən görüşdüyünü də xatırladı: "Mən Heydər Əliyevlə görüşmüşəm, söhbət etmişəm. 50 yaşım olanda o, mənə zəng vurdu, təbrik etdi, qiymətli hədiyyələr göndərdi. Onun media işçiləri, ədəbiyyat adamları ilə görüşlərində də iştirak etmişəm. Xalq şairi Məmməd Arazın yubiley tədbirində də söhbətimiz olmuşdu. Yadımdadır ki, foyedə Məmməd Arazın bir qolundan ulu öndər, bir qolundan mən tutmuşdum. Xeyli söhbət etdik. Ulu öndər çox ünsiyyətcil insan idi, qarşısındakına şərait yaradırdı ki, vətəndaş kimi ona ürək sözlərini deyə biləsən. İlham Əliyev də elə ünsiyyətcildir. Qarabağda keçirilən tədbirlərdə mən dəfələrlə bunun şahidi olmuşam".

Qarabağa böyük qayıdış

Millət vəkili Qarabağın 30 illik işğaldan azad olunmasına, bu torpaqlarda aparılan quruculuq işlərinə də toxundu: "Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağa böyük qayıdış davam edir. Bu quruculuğu azad olan torpaqlarımızn hər bir yerində görmək mümkündür. Mən tez-tez o bölgəyə, həmçinin Ağdama gedirəm. Havasını udmağa gedirəm. İndi Ağdam çox soyuqdur, adam üşüyür. Şəhəri insanların nəfəsi qızdırır. Şəhər onda şəhər olur ki, orada adamlar yaşayır. Quruculuq işləri başa çatandan, insanlar məskunlaşandan sonra oralarda hər şey gözəl olacaq. İndi Ağdamda gözəl bir şəhər tikilir".

Cıdır düzündən görünən Vətən

Yazıçı Şuşanın, Cıdır düzünün gözəlliklərindən də bəhs etdi: "Cıdır düzündən baxanda Vətən əl içi kimi görünür: laləli, nərgizli... Elə bil ki, bütün Vətəni o hündürlükdən görürsən. Bir dəfə bir jurnalist "deyirsiniz Şuşa, Cıdır düzü müqəddəsdir. Niyə müqəddəsdir", - deyə soruşdu. Bilirsiniz, Cıdır düzü niyə müqəddəsdir? Orada Pənah xan, İbrahim xan, Mehdiqulu xan, Natəvan oturub. Məhəmməd bəy Cavanşir orada at çapıb, güləşib. O adamlara görə Cıdır düzü müqəddəsdir. Mən bir dəfə məktəbdə 100 məşhur şuşalının ad-soyadını yazdım. Sonra şuşalılar mənə daha 60 məşhur insanın adını yazıb göndərdilər. Bir balaca şəhər dünyaya 160 məşhur insan bəxş edə bilib. Elə təkcə Üzeyir bəyin, Əhməd bəy Ağaoğlunun adını çəkmək kifayətdir..."

"Dolu" filminin davamı çəkiləcək

Yazıçı Qarabağ müharibəsindən bəhs edən "Dolu" əsəri əsasında çəkilən filmə də toxundu: "Mən Qarabağ haqqında məğlub olmuş bir xalqın taleyini, amma qələbəsini yazmışam. Əsgərlər komandirə qoşulub Qarabağa gedirlər. Səkkiz il sonra biz həmin yolla piyada Ağdama getdik. Mən "Dolu" filminin davamını yazmışam. Ssenarini Mədəniyyət Nazirliyinə təqdim etmişəm. Yəqin ki, ikinci "Dolu" filmi çəkiləcək".

Yazıçılığı daha üstün sayıram

A.Abbas yazıçı və millət vəkili olmağın məsuliyyətindən də danışdı: "Hər ikisi məsuliyyətlidir. İnsan beş il millət vəkili ola bilər, amma yazıçısansa, ömürlük yazıçı olursan. Hər yazılan yazı əbədi qalan bir şeydir. Demirəm, mən böyük yazıçıyam, amma tarixi yazıçılardan öyrənmişəm. Bu mənada yazıçılığı daha üstün sayıram".

"O vaxt komandanı dağılmağa qoymamışam"

A.Abbas Ağdam təmsilçisi "Qarabağ" Futbol Klubunun növbəti çempionluğuna da münasibət bildirdi: "Mən "Qarabağ" Futbol Klubunun prezidenti və təsisçisi olmuşam. O vaxt komandanı dağılmağa qoymamışam. Bu gün də komanda ilə bir yerdəyəm. Bugünlərdə "Qarabağ" klubu 12-ci dəfə Azərbaycan çempionu oldu. Bu qələbənin 11-i baş məşqçi Qurban Qurbanovun adı ilə bağlıdır. Mən istərdim ki, Azərbaycan çempionatı güclü olsun ki, "Qarabağ"ın rəqibi yaransın".

"İlk müəllimimin əlinin tumarını hələ də saçımda hiss edirəm"

A.Abbas müəllimlərin əməyini yüksək dəyərləndirərək ilk müəlliminin nəvazişini hələ də xatırladığını dedi: "Leyla adlı ilk müəllimimin əlinin tumarını hələ də saçımda hiss edirəm. Şagirdlərin ləyaqətli insan və vətəndaş olaraq yetişməsində ibtidai müəllimin və sonrakı pillələrdə dərs deyən müəllimlərin, həmçinin təhsil müəssisələrinin rolu böyükdür. Müəllim əməyi ən yüksək dəyərə layiqdir".

Millət vəkili görüşdə şagirdlərin mütaliəsinə, rəqəmsal dünyada mobil telefonlardan, sosial platformalardan aşırı istifadənin müsbət və zərərli tərəflərinə də toxundu, məktəblilərə tövsiyələrini verdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:321
embedMənbə:https://oxu.az
archiveBu xəbər 11 May 2025 19:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see305

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see298

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see295

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see280

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see279

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see273

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see264

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see261

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see261

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see246

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see245

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see234

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see224

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see223

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see220

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see218

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see216

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see209

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see208

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri