Icma.az
close
up
RU
“Heydər Əliyev hakimiyyətə qayıtmasaydı, Azərbaycan dünyanın siyasi xəritəsindən silinəcəkdi”

“Heydər Əliyev hakimiyyətə qayıtmasaydı, Azərbaycan dünyanın siyasi xəritəsindən silinəcəkdi”

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qalib, yenilməz və məğrur Azərbaycan xalqı müstəqilliyimizin bərpasının 34-cü ildönümünü qeyd edir. Bayram günlərinin, əlamətdar hadisələrin bir hesabat xarakteri daşıdığını nəzərə alanda son 34 illik tariximizi vərəqləmək bir zərurət kimi qarşıda dayanır. 1991-ci ilin 18 oktyabr tarixində Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri millət vəkili Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Deputat qeyd edib ki, müstəqilliyimizin bərpasının ilk illəri faciəli dövr kimi xarakterizə edilir.  1991-1993-cü illərdə Azərbaycan çox böyük problemlərlə, itkilərlə üzləşdi. Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının fonunda azərbaycanlılar tarixi Qərbi Azərbaycan torpaqlarından və Qarabağdan kütləvi şəkildə qovulurdular. 1992-ci ilin may ayında Şuşa və Laçın rayonlarının işğal edilməsi böyük faciə idi. O illərdə dövlətçiliyin əsasları qurulmadı, nizami ordu yaradılmadı, cəmiyyətdə milli həmrəylik, birlik yox idi. AXC-Müsavat cütlüyünün hakimiyyəti qanunsuz yolla zəbt etməsi vəziyyəti daha da ağırlaşdırdı. Onların bir illik hakimiyyəti çağdaş tariximizdə rüsvayçılıq, fəlakət dövrü kimi yer alıb.  Hakimiyyəti zor gücünə zəbt edən AXC-Müsavat qruplaşması ölkəmizi uçuruma aparırdı.

Həmin dövrdə Azərbaycanın daxilində gedən proseslər ölkəmizi çökdürürdü. İqtisadi böhran yaşanırdı, sənaye demək olar ki, iflic vəziyyətə düşmüşdü. O vaxtkı hakimiyyət ancaq öz maraqlarını təmin etmək üçün çalışırdı. Korrupsiya, rüşvətxorluq son həddə çatmışdı. Ölkəmizdə qanunsuz silahlı birləşmələr xalqa meydan oxuyurdu, Bakının küçələrində əlisilahlı adamlar dəstə-dəstə gəzir, insanları incidirdi. Baxmayaraq ki, Qarabağda işğalçı Ermənistan ilə qanlı döyüşlər gedirdi, bütün bunlar azmış kimi AXC-Müsavat qruplaşması Azərbaycanda öz hakimiyyətini saxlamaq üçün vətəndaş müharibəsinə başlamışdı. Gəncə şəhərində qardaş qanı axıdıldı. Cəmi bir illik hakimiyyətləri dövründə AXC-Müsavat qruplaşmasının yarıtmaz, xəyanətkar fəaliyyəti nəticəsində Azərbaycan öz müstəqilliyini itirmək, bir dövlət olaraq dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qaldı. Əgər o vaxt xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıtmasaydı, Azərbaycan müstəqil dövlət kimi dünyanın siyasi xəritəsindən silinəcəkdi.

Millət vəkili qeyd edib ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ölkəmizin müstəqilliyini əbədi və dönməz etdi: “Məhz Onun zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, Vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. Ulu Öndər ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi-psixoloji gərginliyi aradan qaldırdı. Müstəqil Azərbaycan möhkəm əsaslar üzərində yeni inkişaf yoluna başladı. Azərbaycan qısa müddətdə sabitlik diyarına çevrildi. Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin əbədi və dönməzliyini təmin etmək üçün atdığı addımları qısqanclıqla qarşılayanlar 1994-cü ilin oktyabr və 1995-ci ilin mart aylarında dövlət çevrilişinə cəhdlər etdilər. Lakin Heydər Əliyev-xalq birliyi sayəsində dövlət çevrilişlərinə cəhdlərin qarşısı qətiyyətlə alındı. Bir daha sübut olundu ki, xalqa arxalanan Lider  dövlətçiliyi qorumağa qadirdir. Azərbaycanın müstəqilliyini tarixi nailiyyətimiz kimi dəyərləndirən Ümummilli Lider Heydər Əliyev onu qorumağı hər kəsin vətəndaşlıq borcu hesab edirdi. Sabitlik hər bir inkişafın əsası kimi öndə saxlanıldı. Ölkəmizin malik olduğu  iqtisadi potensialdan səmərəli istifadə etməsi dünya iqtisadi sisteminə inteqrasiyanı sürətləndirdi. “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycana iqtisadi və siyasi dividend qazandırdı. Azərbaycana inam artdı, ölkəmiz yeni dostlar, tərəfdaşlar qazandı. “Əsrin müqaviləsi”nin 20 illiyində Cənub Qaz Dəhlizi layihəsinin təməlinin qoyulması, 23 illiyində “Yeni əsrin müqaviləsi”nin imzalanması bunun bariz nümunəsidir. Ölkəmizin dayanıqlı inkişafı üçün geniş imkanlar yarandı. 1999-cu ildə yaradılan Dövlət Neft Fondu neft gəlirlərindən səmərəli istifadəni təmin etdi. İqtisadi strategiyanın dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə əsasən işlənib hazırlanması neft gəlirlərinin idarə olunmasında şəffaflığa, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl addımlara yol açdı. Azərbaycan qısa müddətdə böyük investisiyalar məkanına çevrildi”.

Vüqar Rəhimzadə vurğulayıb ki, Ulu Öndərin yorulmaz səyləri nəticəsində qısa müddətdə Azərbaycanın səsi ən nüfuzlu beynəlxalq təşkilatların tribunasından gəldi: “Azərbaycanın xarici siyasət uğurları davamlılığı ilə diqqətdə oldu. Ümummilli Lider Heydər Əliyev keçmiş Qarabağ problemini beynəlxalq təşkilatların gündəliyinə gətirdi. Həqiqətlərimiz təkzibolunmaz faktlar əsasında dünya ictimaiyyətinə çatdırıldı. Diaspor quruculuğu dövlət siyasətinin əsas tərkib hissəsi kimi diqqətdə oldu. Ümummilli Lider Heydər Əliyev bu çağırışı etdi ki, Vətən birdir, hər birimiz bu Vətən üçün çalışmalıyıq. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın  birliyini, həmrəyliyini təmin etmək üçün 2001-ci ildə Ulu Öndərin təşəbbüsü ilə Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi.

Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Azərbaycanın ilk Konstitusiyasının qəbul olunması və ölkədə bütün sferaları əhatə edən köklü islahatların həyata keçirilməsi, demokratik, hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləridir. 1993-2003-cü illərdə xalqımızı vahid amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyasının formalaşdırılması, ana dilinin dövlət qayğısı ilə əhatə olunması, ictimai-siyasi, elmi və mədəni fikir tariximizin əlamətdar hadisələrinin müntəzəm qeyd edilməsi ənənəsinin yaradılması, Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar və sivilizasiyaların qovşağında yerləşən tolerantlıq məkanı kimi geniş şöhrət qazanması Ulu Öndər Heydər Əliyevin mükəmməl quruculuq proqramının tərkib hissələri olub”.

Parlamentari qeyd edib ki, 2003-cü ildən Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan möhkəm təməl üzərində siyasi, iqtisadi, sosial və hərbi sahələrdə böyük tərəqqiyə, inkişafa nail oldu: “Azərbaycanın iştirakı olmadan regionda hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsinin mümkünsüzlüyü dövlətimizin beynəlxalq arenada aparıcı yerinin və rolunun təsdiqidir. Dövlətimizin başçısının müəyyənləşdirdiyi uğurlu inkişaf strategiyası nəticəsində Azərbaycan iqtisadiyyatı inkişaf sürətinə görə dünyada ən yüksək yerlərdə dayanır. Beynəlxalq maliyyə qurumlarının hesabatlarında Azərbaycan ən islahatçı, yüksək rəqabətqabiliyyətli iqtisadiyyata malik ölkə kimi liderliyini qoruyur”.

Vüqar Rəhimzadə bildirib ki, tarixi Zəfərimiz və suverenliyimizin tam bərpası Azərbaycanın 1993-cü ilin iyunundan başlanan inkişaf yolunun təntənəsidir: “Ümummilli Liderin ən böyük arzusu işğal altında olan torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası, Azərbaycan bayrağının Şuşada, Xankəndidə və digər azad olunmuş ərazilərimizdə dalğalanması  idi. Artıq bu arzu reallığa çevrilib. Dövlət başçısı İlham Əliyev Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycanı daha da gücləndirdi, qələbəyə doğru inamla apardı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə əbədi həkk olunub. Qarabağın tacı Şuşanın işğaldan azad edildiyi tarix Zəfər Günü, 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa edildiyi gün-20 sentyabr Dövlət Suverenliyi Günü kimi tarixə yazıldı.

Artıq işğaldan azad olunmuş ərazilərimizə yeni həyat qayıdıb. Bu torpaqlarda genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir, Böyük Qayıdış Proqramı icra olunur. Görülən işlər Azərbaycan dövlətinin gücünü, qüdrətini, iqtisadi imkanlarını nümayiş etdirir. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir. Qalib, bütöv Azərbaycanın qarşısında yeni imkanlar açılır. Azərbaycan hər dövrün çağırışlarını yüksək səviyyədə yerinə yetirərək uğurları, Zəfərləri ilə hər kəsi heyrətləndirir. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, azad edilmiş ərazilərimiz beynəlxalq mərkəzə çevrilib. Qlobal problemlərin  bu məkanlarda müzakirə edilməsi Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən müstəqil siyasətinə verilən dəstəyin ifadəsidir. Tarixi Zəfərimizin reallıqları fonunda Prezident İlham Əliyevin irəli sürdüyü təşəbbüslərdən biri 2021-ci il oktyabrın 15-də Milli Məclisin “Müstəqillik Günü haqqında” yeni Qanunu təsdiqləməsidir.  Qanuna əsasən, hər il mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü kimi bayram edilir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:152
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 18 Oktyabr 2025 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see231

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see207

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see201

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see154

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see144

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see141

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see134

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see131

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see131

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri