Icma.az
close
up
RU
Aqil Abbas: Müşahidəçi missiyası nın fəaliyyətinə ehtiyac qalmadı

Aqil Abbas: Müşahidəçi missiyası nın fəaliyyətinə ehtiyac qalmadı

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Vaşinqtonda Azərbaycan Prezidenti, Amerika Birləşmiş Ştatlarının prezidenti və Ermənistanın baş naziri tərəfindən Birgə Bəyannamə imzalandı və sülh sazişi paraflanmaqla yekun sülh sazişi istiqamətində mühüm addım atıldı. Bu hadisədən sonra Ermənistandakı Avropa İttifaqının dırnaqarası müşahidəçi missiyası artıq mahiyyətini itirir".

Bu fikirləri Oxu.Az-a açıqlamasında deputat Aqil Abbas deyib.

O bildirib ki, artıq "müşahidəçi missiyası"nın fəaliyyətinə ehtiyac qalmadı:

"Onsuz da həmin missiya məzmunsuzluğu ilə fərqlənirdi. Çox keçmədən mövcudluğunu itirəcəyi gözlənilən idi.

Vaşinqtondakı proseslərin nəticəsinə gəldikdə, söhbət təsadüfi bir razılaşmadan getmir. İmzalanan sənəd ABŞ Prezidenti tərəfindən də təsdiqlənib və bu, qarşıdakı sülh prosesinə beynəlxalq zəmanət verən mühüm diplomatik addımdır. Dünya miqyasında olan önəmli bir dövlətin rəhbərinin bu prosesə imza atması, onun məsuliyyətini öz üzərinə götürməsi xüsusi əhəmiyyət daşıyır".

Deputat əlavə edib ki, bu saziş bölgədə vəziyyəti köklü şəkildə dəyişəcək:

"Bütün Azərbaycan xalqı bu xəbəri böyük maraq və səbirsizliklə izləyirdi. Dünən bütün çıxışlara baxdım. Xüsusilə Cənab Prezidentin Vaşinqtondakı nitqləri məni qürurlandırdı. O, sərbəst, inamlı danışır, diplomatik məharətini nümayiş etdirirdi. Hətta verilən suallara əlavə izahlar gətirərək Azərbaycanın mövqeyini dəqiq və açıq şəkildə çatdırdı. Onun bu qədər rahat, özünə güvənən davranışı mənim üçün qürur mənbəyi oldu. Bizim doğrudan da müdrik Prezidentimiz var. Donald Tramp da bunu dəfələrlə qeyd etdi. İnanıram ki, bu sülhün təminatı sarsılmaz, ölkələrimizin gələcəyi parlaq olacaq".

A.Abbas sonda qeyd edib ki, Ermənistanda müəyyən dəyişikliklərin baş verəcəyi aydındır:

"Paşinyan artıq anlayır ki, Ermənistan yalnız Azərbaycanla sülh şəraitində inkişaf edə bilər. Buna görə də hər iki tərəfin qarşılıqlı əməkdaşlığa hazır olması bölgənin sabitliyi üçün vacib şərtdir".

Məhərrəm Əliyev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://oxu.az
archiveBu xəbər 09 Avqust 2025 13:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see251

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see190

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see160

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see159

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see153

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see142

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see137

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see135

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see134

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see132

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see131

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see130

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see129

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see129

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see129

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see128

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see127

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri