Icma.az
close
up
RU
Aqil Abbas Prezidentlə nə danışdı? TƏFƏRRÜAT

Aqil Abbas Prezidentlə nə danışdı? TƏFƏRRÜAT

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Mayın 10-u Azərbaycan mədəniyyəti üçün unudulmaz tarixə çevrildi. Otuz il həsrətində olduğumuz Ağdamda Muğam Mərkəzinin açılışı baş tutdu. Mərasimdə təkcə bir binanın qapıları açılmadı - 30 ilin nisgili, yurd həsrəti, qürur göz yaşlarına qarışdı.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə keçirilən tədbirdə "Qarabağ şikəstəsi"nin ifa olunması isə ən təsirli an idi.

Ağdam Muğam Mərkəzinin açılışında deputat Aqil Abbas da iştirak edib. Təəssüratlarını Modern.az-a danışan millət vəkili Ağdamda ciddi bərpa-quruculuq işlərinin aparılıdığını deyib:

"Mən dəfələrlə Ağdama getmişəm. Ayda təxminən 3-4 dəfə rayonda oluram. Şəhərdə böyük tikinti-abadlıq işləri aparılır. Elə yollar çəkilir ki, Ağdamda 200 il tıxac olmayacaq. İnfrastruktur qurulur, evlər tikilir. Bir yaşayış massivi hazırdır, indi ikinci, üçüncü yaşayış massivləri tikilir. Cənab Prezident Dəmir yolu vağzalının da açılışını edib. Kəngərli kəndinə sakinlər köçürüldü. İndi Xıdırlıya sakinlərin geriqayıdışını təmin etməyə hazırlaşırlar. Şəhərə də ilin axırında yəqin ki, müəyyən qədər adam köçürə biləcəklər. Tam rəqəmi deyə bilmərəm, ancaq bu baş tutacaq. Sıfırdan böyük, möhtəşəm şəhər tikilir. İki otel və bir konqres zalı var. Üçüncü otel də tikilir".

"Ağdam muğamın mərkəzidir"

"Muğam Mərkəzinin Ağdamda tikilməsi sevindirici haldır. Özü də Prezident mərkəzin açılışını Ulu öndərin doğum günündə etdi. O, əvvəlcə Şuşaya getmişdi, oradan da Ağdama gəldi. Mayın 10-da - Ümummili liderin doğum günündə Muğam Mərkəzinin açılışını etdi. Prezidentimiz son illər ad günlərini Qarabağda əhalinin arasında qeyd edir. Bu dəfə də atasının doğum günündə xalqla bir yerdə oldu. Möhtəşəm bir konsert keçirildi. Möhtərəm Prezident ünsiyyətcil adamdır. Elə şərait yaratdı ki, hər kəs ürəyindən keçəni deyə bilsin. Hamı bir dost kimi açıq danışa bildi. O, uşaqlar "Qarabağ şikəstəsi"ni oxuyanda kövrəldi. Açılış mərasimində 300-ə yaxın ağdamlı, incəsənət xadimləri, bəstəkarlar, şairlər iştirak edirdi".

"Prezident həmişə məni diqqətdə saxlayır"

Deputat Prezidentlə görüşündən də danışıb:

"Cənab Prezident məni həmişə diqqətdə saxlayır. O, Şuşada da mənimlə görüşdü. Getdiyi yerdə məni görüb dayandı, hal-əhval tutdu və soruşdu: "Ağdamda nə var nə yox, ora gedirsənsə, birlikdə gedərik".Dedim ki, bəli, gedirəm. Ağdamda görüşəndə də dedim: "Cənab Prezident, yenə bu şəhərdə görüşdük. Siz bütün Qarabağı yenidən tikirsiniz, bütün bu şəhərlər İlham Əliyevin şəhərləridir”".

"Balaca xanəndələri dinləyəndə yadıma "Qarabağ bülbülləri" düşdü"

"Onları dinləyəndə Murad Rzayevin yaratdığı “Qarabağ bülbülləri" ansamlı yadıma düşdü. Gözəl də oxudular. Deməli, hələ "Qarabağ bülbüllləri" yaşayır. Ağdamda muğam ölməyib, yaşayır, yaşadılacaq da".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://modern.az
archiveBu xəbər 12 May 2025 18:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see292

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see275

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see267

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see259

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see258

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see254

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see249

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see249

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see239

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see231

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see225

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see223

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see217

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see212

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see209

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see208

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see206

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see191

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see191

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri