Icma.az
close
up
RU
Aqil Abbas: Qurban Qurbanovun komandası Məmmədyarovdan daha çox iş görür

Aqil Abbas: Qurban Qurbanovun komandası Məmmədyarovdan daha çox iş görür

News24 saytından alınan məlumata görə, Icma.az bildirir.

""Qarabağ"ın oynunu  izləyəndə 90 dəqiqə həyəcan içində idim. Bunu da qeyd edim ki, həmişə "Qarabağ"a inanmışam".

Bu sözləri News24.az-a  "Qarabağ-Benfika" oyunun nəticəsi haqqında danışan Milli Məclisin deputatı Aqil Abbas deyib. 

Onun sözlərinə görə"Qarabağ" futbol komandası səfərdə daha yaxşı oyun göstərir:  ""Qarabağ" oyunda hər zaman geri dönüş etməyi bacarır. Mən bu oyuna Qurban Qurbanovun qələbəsi deyərdim. Qurban Qurbanov elə bir ssenari yazmışdı ki, rəqib donub qalmışdı, oynaya bilmirdi. 

"Qarabağ"ın futbolçuları yalnız rəqiblə yox, eyni zamanda 40 minə yaxın azarkeşlə oynayırdı. Rəqibin azərkeşləri dayanmadan mahnı oxuyurdu. Mən bizim ölkənin azərkeşlərində heç vaxt elə bir hal görməmişəm.  Hər kəs "Qarabağ"a köhlən atlar deyir, lakin mən Qurban Qurbanovun ayğır atları deyirəm. Onlar Santuşun qohumlarını tapdayıb keçdilər. Santuş görsün ki, oyun necə oynanılır. Həmçinin  böyük futbol məşqçiləri Qurban Qurbanovun taktikasını, sistemini bəyəniblər". 

Deputat Azərbaycanın digər futbol komandalarınında - "Sabah", "Neftçi", "Zirə"nin də "Qarabağ" kimi fəaliyyət göstərməsini arzu etdiyini bildirib: "Avropada 200 ildir futbol var, amma Azərbaycanda 30-35 ildir. Əvvəlki dövrə baxanda, sadəcə "Neftçi" komandasının olduğunu görürük, lakin bizim əsl futbolumuz müstəqillik əldə etdikdən sonra oldu. 30-35 ilə belə bir komanda yaratmaq hər oğulun işi deyil, ancaq Qurban Qurbanov bunu bacardı". 

Millət vəkili "Qarabağ" üçün hər zaman qurban kəsdiyini də bildirdi: "Mən həmişə "Qarabağ" üçün qurban kəsmişəm və bu gün də anadan olduğum kənddə kəsib ehtiyacı olanlara paylayacaqlar. "Qarabağ" qalib gəlməsə belə, onların sağ-salamat Vətənə qayıtmasına görə də qurban kəsmişəm.  Çünki bu komanda Qarabağın məhv olmasına icazə vermədi, daim yaşatdı. 

Mən hər zaman qeyd edirəm ki, Qurban Qurbanovun komandası keçmiş Xarici İşlər Naziri Elmar Məmmədyarovdan daha çox iş görür".

Xeyrənsə Piriyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://news24.az
archiveBu xəbər 17 Sentyabr 2025 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see584

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see239

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see238

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see226

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see225

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see209

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see204

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see203

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see186

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see185

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see182

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see181

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see172

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see167

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see164

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see162

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see161

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see159

Narkotik almağa pul vermədiyi üçün arvadını baltalayıb Ağdamdakı cinayətin təfərrüatı

31 Yanvar 2026 17:32see152

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri